Bağışla tammetrajlı televiziya film-tamaşası rejissor Tariyel Vəliyev tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmdə Elçinin institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olaraq birinci hissədəki yalnız adı hallanan Vasif obrazını yeni konteksdə təqdim edir. Əsas rolları Firəngiz Mütəllimova, Yaşar Nuri və Rəfael Dadaşov ifa edirlər.
Bağışla | |
---|---|
Fayl:Bağışla (film, 1983).jpg | |
Janr |
dram məhəbbət |
Rejissor | Tariyel Vəliyev |
Əsərin müəllifi | Aslan Qəhrəmanov |
Ssenari müəllifləri |
Tariyel Vəliyev Aslan Qəhrəmanov |
Baş rollarda |
Firəngiz Mütəllimova Yaşar Nuri Rəfael Dadaşov |
Operator | Eldar Məmmədov |
Rəssam | Rəfael Əsədov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 1983 |
Filmin növü | tammetrajlı televiziya film-tamaşası |
Müddət | 85 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | azərbaycanca |
İl | 1983 |
Rəng | rəngli |
IMDb | ID1364188 |
"Səni axtarıram" televiziya tamaşasının davamı olan bu hissədə Elçinin (Yaşar Nuri) institut direktorunun müavini təyin olunması hadisələrin mexaniki şəkildə və görünməz qüvvələr tərəfindən idarə edilməsinə səbəb olaraq birinci hissədəki yalnız adı hallanan Vasif (Rəfael Dadaşov) obrazını yeni konteksdə təqdim edir. İnstituta qayıdan Elçin yenidən Gülnarla (Firəngiz Mütəllimova) qarşılaşır, söz-söhbətlər yenidən bir-birinə calanır.