Salmanova Gülnar Əlifağa qızı (24 iyul 1956, Xıllı, Neftçala rayonu – 24 oktyabr 2015, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar Artisti (2001).
Gülnar Salmanova | |
---|---|
Doğum tarixi | 24 iyul 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 2015 (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Mükafatları | |
IMDb | ID3298786 |
Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə oğlu dünyaya gəlib. 1981-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya fakültəsini bitirib. Həmin ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası, güclü və məlahətli soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi.
Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.
2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 6 may 2015-ci ildə[1] Prezident Mükafatına layiq görülmüşdür.
24 oktyabr 2015-ci ildə Bakıda vəfat edib. Məzarı Şəhər qəbiristanlığındadır.