Başıkəsik günbəz

Başıkəsik günbəzCəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşən XIII-XIV əsrlərə aid günbəz.

Başıkəsik günbəz
Ölkə
Rayon Cəbrayıl rayonu
Yerləşir Dağ Tumas
Hündürlüyü 12 m
İstinad nöm.4169
Kateqoriyatürbə
ƏhəmiyyətiYerli əhəmiyyətli
Başıkəsik günbəz (Azərbaycan)
Başıkəsik günbəz

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Başıkəsik günbəz Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşir.[1][2] XIII-XIV əsrlərə aid olan günbəzin üstü açıq olduğuna görə insanlar tərəfindən "Başıkəsik" adlandırılıb.[3][4] Hündürlüyü 12 metr, diametri 5 metrdir.[5]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6][7] Daha sonra türbə bərpa olunub və ilkin formasına gətirilib. Cəbrayıl rayonunun işğal edildikdən sonra günbəzin divarları bir neçə yerdən dağıdılıb.[8][9] Ermənistan Silahlı Qüvvələri günbəzdən müşahidə postu kimi istifadə ediblər.[10]

2020-ci il oktyabrın 23-də türbənin yerləşdiyi Dağ Tumas kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.[11][12][13] Ermənistan Silahlı Qüvvələri kəndi tərk edərkən tarixi abidənin ətrafını minalayıblar.[14]

  1. İbrahimov, Ramid. "İlahi adlar yurdu - Cəbrayıl-2". Bizim yol (az.). 2011-12-24. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  2. "Historical and cultural sites in Azerbaijan's liberated territories [PHOTO]". Azernews.Az (ingilis). 2020-12-28. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  3. "Bashikesik Dome - News | Ministry of Culture of the Republic of Azerbaijan". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi (az.). 2020-11-17. 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  4. Fərəcova, Zöhrə. "Cəbrayılın erməni işğalından azad olmuş qədim abidələri". Azərbaycan qəzeti (az.). 2023-10-11. 2023-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  5. İsmayılov, Faiq. Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər (PDF) (az.). Bakı: AMEA Hüquq və İnsan Haqları İnstitutu. 2016. 37. ISBN 9789952815498. 2022-08-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-06.
  6. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  7. "Cəbrayıl abidələri". heritage.gov.az. 2022-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  8. "Erməni vandalizmi: Əsirlikdə olan Azərbaycan abidələri". armenianvandalism.preslib.az (az.). 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  9. ""Karabakh is the cradle of Azerbaijani culture": Bashikasik Dome". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2020-11-17. 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-08.
  10. "Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb". ANS Press (az.). 2021-11-09. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  11. "Cəbrayıldakı "Tumas ata" abidəsi bütpərəstlik dövrünə aiddir FOTO". İki sahil (az.). 2020-10-26. İstifadə tarixi: 2024-02-08.
  12. "Президент Ильхам Алиев: Азербайджанская армия освободила от оккупации 2 села Ходжавенда, 5 сел Джебраила, 2 села Зангилана" (az.). 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-29.
  13. "İşğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı". aztv.az (az.). 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.
  14. "Ermənilər "Başıkəsik günbəz"in ətrafını minalayıblar". Ayna.az (ingilis). 2021-11-09. 2024-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]