Baş Şirvan kollektoru

Baş Şirvan kollektoru[1] — Azərbaycan Respublikası ərazisində çəkilmiş kollektor-drenaj sistemi. Mil, Şirvan və Qarabağ düzlərindən keçir. 1964-cı ildə istismara verilmişdir. Şirvan düzünün Ağdaş rayonu ərazisindən başlayır və Kür çayının sol sahili boyunca suvarılan ərazilərin drenaj sularını Xəzər dənizinə tökür. Uzunluğu 216 km-dir. Suburaxma qabiliyyəti 44 m³/san, orta su sərfiyyatı 18 m³/san təşkil edir. Uzunluğu 150 km olan Mil-Qarabağ və uzunluğu 70 km olan Aşağı Şirvan kollektorları ilə birləşir. Ümumilikdə 174600 ha ərazinin vəziyyətini yaxşılaşdırır.

Baş Şirvan kollektoru
Uzunluğu 216 km

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 255. ISBN 978-9952-441-07-9.