Baş Şirvan kollektoru[1] — Azərbaycan Respublikası Mil-Muğan düzündən çəkilmiş kollektor-drenaj sistemi. Tikintisinə 1984-cü ildə başlanılmışdır. Layihə üzrə uzunluğu qolları ilə birlikdə 185,89 km olmalı idi. 1994-cü ildə uzunluğu 59 km olan birinci hissə (Sabirabad və Saatlı rayonları), 2000-ci ildə isə 52,7 km olan ikinci hissə istifadəyə verilmişdir. Suburaxma qabiliyyəti 107 m³/san təşkil edir. Drenaj sularını Xəzər dənizinə çatdırır. Azərbaycanda ilk dəfə olaraq üzərində mürəkkəb konstruksiyalı balıqqoruyucuqurğu inşa edilmişdir.
Baş Mil-Muğan kollektoru | |
---|---|
Uzunluğu | 185,89 km |