Baş nazirin xanımı

Baş nazirin xanımı — tədqiqatçı alim, professor Vilayət Quliyevin 2015-ci ildə ədəbi-tarixi esse janrında yazılmış kitabı.

Baş nazirin xanımı
Müəllif Vilayət Quliyev
Janr Ədəbi-tarixi esse
Orijinalın dili Azərbaycan dili
Ölkələr Azərbaycan Azərbaycan
Nəşriyyat Qanun nəşriyyatı
Cild Yumşaq üz qabığı
Səhifə 140
Tiraj 1000
ISBN Lua xətası: expandTemplate: template "Səhv ISBN" does not exist.

Haqqında[redaktə | mənbəni redaktə et]

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, müxtəlif vaxtlarda baş nazir və maarif naziri vəzifələrini tutmuş Nəsib bəy Yusifbəylinin (1881–1920) şəxsi həyatına, ailə münasibətlərinə həsr edilib.[2]

Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanım (1886–1971) türk dünyasının böyük fikir adamı, "Tərcüman" qəzetinin naşiri və redaktoru İsmayıl Qaspıralının qızı idi.[2]

O, yaxın tarixə həm də Rusiya imperiyasında müsəlman qadın hərəkatının liderlərindən və müstəqil Krım dövləti uğrunda mübarizənin öncüllərindən biri kimi daxil olub.[2]

Nəsib bəylə Şəfiqə xanımın yalnız məhəbbət deyil, həm də ideya üzərində qurulmuş ailə həyatı, onların birgə mübarizəsi, ömür yolunda üzləşdikləri çətinlik və ziddiyyətlər kitabda əksəriyyəti oxucu üçün yeni olan fakt və sənədlər vasitəsi ilə təqdim olunur.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Baş Nazirin Xanimi". alinino.az. 2015-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2017.
  2. 1 2 3 4 "Patrick Modiano-nun Azərbaycan dilində növbəti kitabı". Azadlıq Radiosu. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2017.