Vilayət Muxtar oğlu Quliyev (5 noyabr 1952, Ağcabədi) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1990), M. F. Axundov adına ədəbi mükafat laureatı (1989), Azərbaycanın sabiq xarici işlər naziri (1999–2004), Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004–2010), Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri (2010–2021), Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri (2022-).
Vilayət Quliyev | |
---|---|
Vəzifədədir | |
4 may 2022-ci ildən | |
Əvvəlki | Eldar Həsənov |
30 mart 2010 – 23 iyul 2021 | |
Əvvəlki | Həsən Həsənov |
Sonrakı | Tahir Tağızadə |
7 iyun 2004 – 30 mart 2010 | |
Sonrakı | Həsən Həsənov |
26 oktyabr 1999 – 2 aprel 2004 | |
Əvvəlki | Tofiq Zülfüqarov |
Sonrakı | Elmar Məmmədyarov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1952 (72 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi, filoloq, ədəbiyyat tarixçisi |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | filologiya, siyasət[1], xarici siyasət[1], ədəbiyyat tarixi[1] |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. 1970‐ci ildə Beyləqan rayonundakı G. Əsədov adına orta məktəbi əla qiymətlərlə bitrmişdir. 1970‐1975‐ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almışdır.[2]
Üç il orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur (1978–1981). "Müasir Azərbaycan nəsrində üslub müxtəlifliyi" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1982). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981–1985), böyük elmi işçi (1985–1987), elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi (1987–1994) vəzifələrində işləmişdir.
"Vətən" cəmiyyəti" idarə heyətinin, "Ulduz" jurnalı və "Elm" qəzeti redaksiya heyətlərinin üzvüdür. "Millət" qəzetinin baş redaktoru olmuşdur (1992). "Azərbaycan filoloji fikri və rus ədəbi ictimai mühiti (XIX əsrin birinci yarısında)" mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir (1990).
Azərbaycanın dövri mətbuatında 1978-ci ildən çıxış edir. Onun elmi məqalə və rəyləri müxtəlif şəhərlərin (Kazan, Alma-Ata, Yerevan və s.) qəzet və jurnallarında çap olunmuşdur. "Fikrin karvanı", "Ədəbi proses", "Azərbaycan-Avropa ədəbi əlaqələri" və s. kollektiv əsərlərin əsas müəlliflərindəndir. Elmi-tənqidi fəaliyyətdə həm müasir ədəbiyyatla bağlı məsələlər, həm də ədəbi əlaqələr aspektində XIX əsr Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinin tədqiqi mühüm yer tutur. O, ingilis dilindən bədii tərcümə ilə də ardıcıl məşğul olur. Ceyms Coysun, Cerom Selincerin, Rey Bredberinin və b. ingilisdilli yazıçıların bir sıra povest və hekayələrini orijinaldan Azərbaycan dilinə çevirmişdir. Türkiyə dışındakı türk ədəbiyyatları antolojisi (Azərbaycan-türk ədəbiyyatı: I–IV c, Ankara) tərtibçilərindən biridir (1993–1994). Türk xalqlarının ortaq mədəni irsi (Adana, 1992), Böyük türk qurultayı (Antalya, 1993), Xəzər Orta Asiya Beynəlxalq simpoziumunda (Edinburq, 1994) iştirak etmişdir.
"Azərbaycan Demokratik Respublikası" kitabını tərtib edib müqəddimə və şərhlərlə nəşr etdirmişdir (1992).
3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 15-dən artıq kitabı çap olunmuşdur. Yaradıcılığının əsas istiqaməti Azərbaycan-Rusiya, İran, Türkiyə arasındakı 19–20 əsrlərdə mövcud olmuş ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir.
Rus, türk, ərəb, ingilis və fars dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Vilayət Quliyev 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyası təşkilat komitəsinin üzvü və siyasi şuranın üzvü olmuşdur. Həmin dövrdə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində mühazirələr oxumuşdur. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası orqanı olan "Millət" qəzetinin baş redaktoru da işləyib.
1993-cü ildə Azərbaycan Milli İstiqlal Partiyası daxilindəki hakimiyyətlə anlaşma problemi səbəbi ilə yaranmış fikir ayrılığı zamanı partiyadan ayrılmış və Azərbaycan Demokratik İstiqlal Partiyasının təşkilində iştirak etmişdir. 1994-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasının birinci katibi seçilmişdir.[3]