Başcıqlı çoğan

Başcıqlı çoğan (lat. Gypsophila capitata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.

Başcıqlı çoğan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın Quba sahəsində, Qobustanda, Xəzəryanı ovalıqda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir, 20-40 (60) sm hündürlükdədir. Yarpaqları çılpaq, qalın, xətvari-bizəoxşar, uzunluğu 1-2,5 (3) sm, eni 1 mm-ə qədər, göyümtüldür. Gövdənin və budağın qutarcağında diametri 6-12 (15) mm olan, şarşəkilli, başcıqlı çiçəkləri var. Kasacığın uzunluğu 3,5 mm-ə çatır, zəngiçiçəyinə oxşayır. Ləçəkləri ağ, uzunluğu 5 mm-ə çatır, xətvari-uzunsovdur. Qutucuq yumurtaşəkilli-şarşəkillidir, diametri 2,5 mm-ə çatır, birtoxumludur, toxumları yastı, şarşəkillidir, diametri 1,5 mm-ə çatır.

İyun-avqust aylarında çiçəkləyir. Aşağı və orta dağ qurşaqlarında gili və daşlı yamaclarda, quru çaylarda və arxalarda rast gəlinir. Populyasiyanın növləri azalır, yayılma ərazisi məhdudlaşır. Məhdudlaşdırıcı amillər iqlim və antropogen amillərdir (otarılma, tapdalanma nəticəsində yaşayış ərazisinin deqradasiyası). Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitki növüdür. Qafqaz endemikidir.