Başqırdıstan Birinci Dünya müharibəsi illərində — Başqırdıstanın Birinci Dünya müharibəsində rolu və orada baş verən hadisələr.
Başqırdıstan Birinci Dünya müharibəsindən öncə iri sənaye və kənd təsərrüfatı regionlarından biri olaraq Rusiya imperiyasının daxili rayonlardan biri idi. Müasir Başqırdıstan ərazisi o dövrün Ufa quberniyası və Orenburq, Samara, Perm quberniyalarının bir hissəsi əhatə edir. Başqırdıstan istər insani istərsə təbii resurslar baxımından Birinci Dünya müharibəsinə öz töhfəsini vermişdir.
1914-cü ilin yayında Başqırdıstanda əhalinin səfərbərliyi həyata keçirilirdi. Sterlitamak, Belebee və Birsk şəhərlərində əhalinin əhalinin mobilizasiyalaşmasına qarşı kütləvi etirazlar həyata keçirilir. İnsanlar müharibəni kasıbçılıq hesab edir və qısa müddətə qalibiyyətin əldə ediləcəyinə inanırdı. 26 iyul 1914-cü ildə bölgədə spirtli içilərin satışı qadağan edilmişdir. İçkili vəziyyətdə görünənlər üç ay həbsdən tutmuş 3 min rubla qədər cərimələnirdi.
1914–1916-cı illərdə Ufa quberniyasından 300 min nəfər mobilizasiyaya cəlb edilmişdi. Müharibənin getdiyi dönəmdə Orenburq quberniyasından ümümi əhalinin 11,7 %, Ufa quberniyasında isə 10,6 % əhali mobilizasiyaya cəlb edilmişdi. Ufada cəbhədən gətirilən yaralılar üçün qospitallar salınmışdı. 1916-cı ildə Ukrayna və Baltikyanı ərazilərdən 60 min əhali və 17 minə yaxın hərbçi köçürülmüşdür.
Birinci Dünya müharibəsində Başqırdıstandan 106-cı Ufa və 190-cı Ocakov piyada polku təşkil edilmişdi. Orenburq kazak diviziyasının tərkibinə 9-cu, 10-cu, 11-ci və 12-ci səkkiz yüzlik polk və 5-ci kazak batareyası daxil idi. 106-cı piyada polku 27-ci il piyada diviziyası, general Rennenkampf başçılıq etdiyi 1-ci ordu və general Samsonovun 2-ci ordunun tərkibində Şərqi Prussiyada vuruşmuşdur.
Müharibənin gedişi zamanı iqtisadiyyat bütünlüklə hərbi reyslər üzərinə qoyulmuşdur. Metallurgiya sənayesi cəbhəyə işlərirdi. 1914-cü ilin iyulundan 1916-cı ilə qədər 25 459 at gönfərilmişdir.
Diyarın işlərində türk, avtriya-macarıstan və alman əsgərlərindən, Almaniya və Avtriya-Macarıstan əhalisi, Çin və Koreyadan olan işçilər, qadın və yeniyetmələrdən isrifadə edilirdi.
Müharibə illərində kənd təsərrüfatı məhsullarının istehsalı azalmışdı. Günlük tələbat malları 2–3 dəfə artmışdı. Münaqişə xalq arasında narazılığa gətirib çıxarmışdı. Buna misal kimi Mnyar zavodundakı kütləvi şəkildə işləməkdən imtina gerçəkləşmişdi.
Başqırdıstanın Birinci Dünya müharibəsi illərində müharibəyə göndərdiyi şəxləri öz qəhrəmanlıqları ilə seçilirdi[1]:
Ravil Şaxaydaroviç Sırtlanov, Belebeevski qəzası sakini, 166-cı Rovnenki polkunun generalı, Baş qərargahın general-mayoru. Dördüncü dərəcəli Qeorqievski xaçı ilə təltif edilmişdir;
Ryabov Vasili Konstantinoviç[2] — Larqo-Karqaulski polkunun kiçik unter-zabiti;
Alekseeviç Aleksey Qeorqieviç — kiçik unter-zabit;
Rusin Aleksandr Pavloviç — polkovnik.