Başqırdıstan Dövlət Universitetinin Coğrafiya fakültəsi

Başqırdıstan Dövlət Universitetinin Coğrafiya fakültəsi (başq. Башҡорт дәүләт университеты География факультеты) — Başqırdıstan Dövlət Universitetinin fakültələrindən biri. Fakültənin dekanı Azamat Niqmatullindir.

Başqırdıstan Dövlət Universitetinin Coğrafiya fakültəsi
Şəhər Ufa şəhəri
Başqırdıstan Dövlət Universitetinin binası

Fakültədə coğrafiya, geologiya, kartoqrafiya və geo-informasiya, hidrometeorologiya və turizm sahələri üzrə mütəxəssislər hazırlanır[1].

Hazırda bakalavr və magistr dərəcələri üzrə iki pilləli sistemə tədricən keçid uğurla həyata keçirilir ki, bu da məzunların yalnız Rusiya Federasiyasında deyil, xaricdə də işləməsinə imkan verəcəkdir.

Fakültənin gənc alimləri beynəlxalq, federal və regional konfranslarda, simpoziumlarda və olimpiadalarda fəal iştirak edirlər.

Başqırdıstan Respublikası Təbii Sərvətlər Nazirliyi, Torpaqların Müdafiəsi və Torpaqların İdarəetməsi üzrə Dövlət Komitəsində, Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsində və başqa elmi-tədqiqat təşkilatlarında Başqırdıstan Dövlət Universitetinin Coğrafiya fakültəsinin çox sayda məzunlar fəaliyyət göstərir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]