Başqırdıstan memarlığı

Başqırdıstan memarlığıRusiya Federasiyasının Başqırdıstan Respublikası ərazisində mövcud olan müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi.

Ölkədəki ən qədim təsviri sənət abidələri Paleolit dövrünə aiddir[1]. Bunlar Kap mağarasının qayaüstü rəsmləridir[1]. Urqaz çayının axını boyunca yerləşən şəhər-qalalar Tunc dövrü abidələrindəndir. Soğdilərin istehsal etdiyi gümüş qablardan ibarət Avrüztamak dəfinəsi IX əsrin ikinci yarısı – X əsrin əvvəllərinə aiddir. Daş memarlığının erkən formalarına məqbərələr (keşene) (Bəndəbikə, XV–XVI əsrlər, Kuçargin rayonunun Maksyutovo kəndi yaxınlığında; Turaxana, XIV–XV əsrlər, Ufa yaxınlığında; Hüseynbəy, XIV əsr, 1911-ci ildə yenidən tikilmişdir, Çişmı rayonu) və daş mengirlər (Sterlibaşevo rayonunun Tabuldı kəndi yaxınlığında) aiddir[1]. XVI əsrdə ağacdan dini tikililər meydana gəlmişdir (Baltaçevo rayonunun Starotuşkırovo kəndində məscid; XVI əsrin sonu – XVII əsrin əvvəli, 1891-ci ildə yenidən qurulmuşdur, usta K. Rəhmətullin)[1].

Başqırdıstan Rusiyaya ilhaq edildikdən sonra XVI əsrin ortalarından etibarən yerli ənənələrə rus memarlığının da təsiri olmuşdur[1].

XVIII əsrdən Başqırdıstan ərazisində məscidlərin intensiv tikintisinə başlanılmışdır. Məsələn, 1701-ci ildə Starokuskuldino kəndində, 1724-cü ildə İmay-Utarovoda, 1725-ci ildə Qulyukovoda məscidlər tikilmişdir[1].

XVIII əsrdən bu ərazilərdə sənaye kompleksləri inşa edilmişdir. Bunlara misal olaraq 1759-cu ildə inşa edilmiş Verxnetor misəritmə zavodunun adını çəkmək olar[1].

XVIII əsrin sonu – XIX əsrin əvvəllərində memarlıqda aparıcı üslub klassisizm idi; əsasən, Ufada daş yaşayış və ictimai binalar inşa olunurdu. Bu dövrün dini memarlıq abidələri arasında 1830-cu ildə tikilmiş Ufadakı ilk came, 1807-ci ildə ilk dəfə, 1915-ci ildə isə yenidən tikilmiş Yanaul rayonunun Qudburovo kəndində və 1823-cü ildə Alşeyev rayonunun Novoavryuzovo kəndində tikilmiş məscidlər, 1826-cı ildə tikilmiş Sterlitamakdakı came, 1808–1904-cü illərdə tikilmiş Nikolo-Beryozovka kəndindəki Troitsa kilsəsi və s. var[1].

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində tarixi üslubda tikililər yaradılırdı. Bunlara 1852–1856-cı illərdə tikilmiş Buzdyak rayonunun Kilimovo kəndində memarlıq ansamblı; 1909–1914,1928–1935 tikilmiş Ufadakı Aksakov xalq evi (indiki Başqırdıstan Opera və Balet teatrı) və s. 1914–1915-ci illərdə Kuyurqazı rayonunun İra kəndində tikilmiş Pokrov kilsəsi modern üslubunda tikilmişdir. Bu dövrün müsəlman dini memarlıq abidələri 1854-cü ildə tikilmiş Meçetli rayonunun Novomuslümovo kəndindəki məscid, XX əsrin əvvəllərində tikilmiş Tuymazı rayonunun Zigityak kəndindəki məscid, təqribən 1907-ci ildə tikilmiç Tatışlı rayonunun Starokaypanovo kəndindəki məsciddir[1].

1920-ci illərdə üslubi cəhətdən konstruktivizmə yaxın tikililər, o cümlədən Ufa yaxınlığındakı qəsəsəbəsində yaşayış evləri inşa edilmişdir (indiki Çernikovsk şəhəri; memar M.Y. Ginzburq, 1920 ilin sonu – 1930-cu illərin əvvəlləri)[1].

1935 ildə Başqırdıstanda memarların, inşaatçıların və mülki mühəndislərin ilk peşəkar ictimai birliyi yaradılmışdır. 1930–1950-ci illərdə neoklassizim ənənələrinə uyğun binalar tikilmişdir (“Başqırdıstan” mehmanxanası, 1937–41, memar V.V. Maksimov və b.). XX əsrin ikinci yarısının memarlıq tikililəri 1971–1973-cü illərə aid Ufadakı İncəsənət məktəbi kompleksi, 1993-cü ildə tikilmiş Kigi rayonunun Nijniye Kigi kəndindəki və digər məscidlərdir[1].

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 BAŞQIRDISTAN Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)