Başqırdıstan Opera və Balet Teatrı – 1938-ci ildə Başqırdıstanın Ufa şəhərində keçmiş Aksakov xalq evinin binasında (bina 1909–35-ci illərdə tikilmişdir) Başqırdıstan Dövlət Opera Teatrı kimi yaradılmış, 1941-ci ildən Opera və Balet Teatrı olmuşdur. Fəaliyyətə C. Paiziellonun “Gözəl dəyirmançı arvadı” operası ilə (başqırd dilində) başlamışdır.
Başqırdıstan Opera və Balet Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əvvəlki adı | Başqırdıstan Dövlət Opera Teatrı |
Teatrın tipi | Musiqili |
Əsası qoyulub | 1938 |
Mükafatları | |
Teatr binası | |
Açılıb | 1909[1] |
Tutumu | 716 |
Heyət | |
Direktor | İlmar Razinoviç Almuxametov |
Yerləşməsi | |
54°43′20″ şm. e. 55°56′42″ ş. u. | |
Ölkə | |
Yerləşir | Ufa |
Ünvan | Rusiya, Ufa şəhəri, Lenin küçəsi, ev 5А |
|
|
Официальный сайт | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk başqırd milli operası “Xakmar” (M.M. Valeyev) 1940-ci ildə tamaşaya qoyulmuşdur. Sonralar milli repertuara N.K. Çembercinin “Karluqas” (1941), X.Ş. Zaimov və A.E. Spadavekkianın “Akbuzat” (1942), N.İ. Peykonun “Ayxılu” (1953), Z.Q. İsmagilovun “Salavat Yulayev” (1955), “Şaura” (1963), “Agidelin dalğaları” (1972), “Ural elçiləri” (1982), R.A. Murtazinin “Fırtına” (1969), X.F. Axmetovun “Müa sirlər” (1970), S.A. Nizamutdinovun “Qara sular” (1989), “Ay tutulan gecə” (1996) operaları daxil edilmişdir.
1944-cü ildə N.A. Anisimova ilk milli baleti – L.B. Stepanovun “Durna mahnısı”nı səhnəyə qoymuşdur (sonralar tamaşa dəfələrlə təkrar olunmuşdur). N.Q. Sabitovun “Gülnazira” (1963), M.X. Axmetovun “Ay tutulan gecə” (1982), L. İsmagilovanın “Arkaim” (2005) baletləri teatrın uğurlu tamaşalarındandır.
Teatrda müxtəlif vaxtlarda dirijorlar P.M. Slavinski, Q.X. Mutalov; xormeyster A.Q. Tixomirov; müğənnilər M.X. Xismatullin (həmçinin rej.), B.N. Valeyeva, X.L. Qalimov, Q.S. Xabibullin, M.Q. Saliqaskarova, A. V. Sutyagin, N.X. Allayarova, S.K. Qalimova, S.D. Xusnuyarov, X.Z. Mazitov, K.A. Valeyev, Z. Q. Maxmutov, R.A. Qareyev, N.Z. Abdeyev, S.A. Askarov, A.A. Abdrazakov; balet artistləri R.X. Nureyev, F.M. Nafikova, M.A. Tagirova, İ.X. Xabirov, Ş.A. Terequlov, L.S. Kuvatova, Y.Q. Uşanov, R.Q. Zaripov; xoreoqraflar F.A. Qaskarov, V.X. Pyari, K.D. Karpinskaya, Q.İ. Yazvinski, X.F. Mustayev, S.V. Dreçin; rejisorlar B.Q. İmaşev, Ş.M. Murtazina, R.A. Valiullin; rəssamlar M.N. Arslanov, Q.Ş. İmaşeva, V.İ. Plekunov işləmişlər. 1993-cü ildən R. Nureyevin xatirəsinə balet sənəti festivalları keçirilir.
Kiçik zalın girişi | Puşkin küçəsi tərəfdən teatrın fasadı | Puşkin küçəsi tərəfdən fasadın bir hissəsi | Kalininin şərəfinə qoyulmuş xatirə lövhəsi |