Başqırdlar (rusca:Башкиры) — rəssam Uilyam Allan tərəfindən 1814-cü ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. Rəsm əsəri hal-hazırda Rusiyanın Peterburq şəhərindəki Ermitaj Muzeyində saxlanılır.[2]
Başqırdlar | ||
---|---|---|
| ||
Tarixi | 1814[1] | |
Ölçüləri | 43 sm[1] × 63 sm[1] | |
Materialı | yağlı boya[d][1] | |
Saxlanıldığı yer | ||
İnventar nömrəsi | ГЭ-9579[1] |
Rəsm 1814-cü ilin payızında Edinburqda Uilyam Allan tərəfindən şəkilmişdir. Rəsimdə Napoleon müharibələri zamanı Başqırd atlılarının geyimləri və silahları göstərilmişdir. Uilyam Allan qeyd edirdi:
Sərhəd tanımayan bir qəbilə olan başqırdlar, indi Rus dövlətinin bir parçasıdır. Volqa və Ural çaylarının sahillərində yaşayırlar və qədim Bolqarıstanın bir qisminə yayılmışdırlar. Başqırdlar möhtəməş at minicisidirlər, oxçudurlar. Rus ordusu üçün uyğundurlar. Enerjili, qonaqpərvər və cəsurdurlar. Son səfərin sonunda parislilərin diqqətini çəkdilər və parislilər onlara Şimalın yaraşıqlı adamları" adını verdilər.[3] 8. |
1815-ci ildə Uilyam Allanın rəsmi xalqa ilk dəfə təqdim edildi. 1816-cı ilin dekabrında gələəkdəki rus imperatoru I Nikolay səyahəti zamanı Edinburqdakı Uilyam Allanın sexinə gəldi. Bu görüş yerli qəzetlərin birində belə təqdim edilmişdi:
I Nikolay sənətkar ilə uzun müddət fransızca və rusca danışdı. Hər rəsmi diqqətlə incələdi və müxtəlif çərkəz qəbilələrinin, kazakların və başqa xalqların kostyumlarını öyrəndi. Rus imperiyasında yaşayan müxtəlif xalqların silah və kostyum kolleksiyasını incələdikdən sonra, sənətkara vətəndaşlarının davranışlarını, vərdişlərini və görünüşlərini doğru formada təsvir etdiyini bildirdi. Əgər Rusiyaya gələrsə, onu mütləq birdə görmək istədiyini bildirdi.[4] |
Bu görüşdən sonra I Nikolay rssamın 3 rəsmini almışdır - "Başqırdlar", "Sərhəd mühafizəçisi" və "Aslan Gəray və Alkaziya Kuban çayını keçir".[5] Birinci və ikinci əsər Ermitaj Muzeyində, üçüncü əsər isə Dağıstan İncəsənət Muzeyində sərgilənməkdədir.
Əsər Rusiyaya gətirildikdən sonra Aniçkov Sarayında - I Nikolayın öz ofisində idi və "Üç kəndli ilə danışan iki başqır" adı altında siyahıya alındı. 1920-ci ildə rəsm əsəri Ermitaja göndərildi. 1929-cu ildə xaricə satılmalı idi, 1931-ci ildə muzeyə yenidən geri gəldi və "Başqırdlar" adı altında sərgiləndi. Hal-hazırda 301 nömrə ilə "Qış Sarayı"nda sərgilənməkdədir.[6]