Başqaları (ing. The Others) — rejissor Alexadro Amenabar tərəfindən qorxu-triller janrında çəkilmiş və Nikol Kidman və Fionnula Flenaqanın baş rolda iştirak etdiyi filmdir.
Başqaları | |
---|---|
ing. The Others | |
Janr | Qorxu filmi |
Əsas mövzu | Ölümdən sonrakı həyat[1] |
Rejissor | Alexandro Amenabar |
Ssenari müəllifi | Alexandro Amenabar |
Baş rollarda |
Nikol Kidman Kristofer Ekklston Fionnula Flenaqan Erik Sayks |
Operator | Xavyer Agirresarobe |
Bəstəkarlar |
Alexandro Amenabar Harri Uorre |
İstehsalçı | Dimension Films |
İlk baxış tarixi | 2001, 10 yanvar 2002[2] |
Filmin növü | Psixoloji triller |
Müddət | 104 dəqiqə |
Büdcə | $17 milyon |
Gəlir | $218,947,037 |
Ölkələr |
ABŞ İspaniya Fransa İtaliya |
Dil | İngilis dili |
İl | 2001 |
Rəng | rəngli |
Çəkiliş yeri | Madrid |
IMDb | ID0230600 |
Film o cümlədən "Ən Yaxşı Film" və "Ən Yaxşı Rejissor" işinə görə, səkkiz Qoya mükafatını qazanmışdır. Bu, Qoyyanın "Ən Yaxşı Film" mükafatını (İspaniyanın Milli Film Mükafatları) əldə etmiş ilk ingilisdilli film oldu; filmdəki dialoqlarda ispan sözlərindən istifadə edilməmişdir.
Cersi, Normand adaları, 1945-ci il. Birdən birə bütün xadimələrin itdiyi malikanəyə yeniləri gəlir. Bu, Berta Mills adlı dayə, lal xadimə Lidiya və bağban Edmund Tatldır. Onlar əvvəllər burada işlədiklərini deyirlər və sevinclə onlar üçün əziz və doğma olan bu evə gəlməyə razıdırlar. Qreys (Nikol Kidman) onları evin sərt qaydaları ilə tanış edir: heç bir qapı ondan əvvəlkini bağlamayana qədər açılmamalıdır; evdə heç bir səs-küy və pianoda ifa olmamalıdır, sahibənin uşaqları Nikolas və Enn işığa olan nadir allergiya ilə əziyyət çəkirlər, bunun üçün də onların oturduqları otaqlarda həmişə qalın pərdələr olmalıdır.
Uşaqların tərbiyəsi və təhsili ilə Qreys özü məşğuldur. O sərt və dindardır. Buna görə də bütün kafir sualları Qreys sərt formada rədd edir. Enn — kiçik qardaşından fərqli olaraq xəyalpərəstdir. Ona görə də o bildirir ki, yataq otağında Viktor adlı oğlanı və "digərlərini" görüb, amma ona heç kim inanmır. Ancaq nəsə qəribə bir şeyi Qreys də hiss edir; o ayaq səslərini, uşaq ağlamağını və digər səsləri eşidir, onun bağladığı qapıları və pərdələri kimsə yenidən açır... Qreys evdə "ölülər kitabını" aşkar eləyir — fotoalbom, içərisində isə ölüm zamanı çəkilmiş şəkillər. O zamanlar ölülərin qohumları sevdiklərinin ruhlarını şəkillərdə saxlamağa ümid edirdilər. Qreys albomu yandırmağı Bertadan xahiş edir.
Getdikcə Qreys şübhələnir ki, evdə kabuslar var. O müqəddəs atanın yanına gedir, amma yolda güclü dumana görə o itir. Birdən duman içərisindən o öz ərini görür. Ərini 2 ildən artıq müddətdə müharibədə itkin düşmüş hesab edirdilər. Qreys çox sevinir, onu evə aparır. Onlar sevgi ilə məşğul olmağa imkan tapırlar, amma bundan sonra əri özünü ötkün kimi aparır, səhər isə çıxıb gedir.
Nikolas və Enn atasının axtarışına çıxırlar və bu zaman bağda yeni xadimələrin adları yazılmış qəbir daşları tapırlar. Elə bu vaxt Qreys onların ölüm zamanı çəkilmiş şəkillərini tapır. Qreys artıq hər şeyi anlayır: yeni xadimələr doğrudan da burada yaşayıblar və 50 il bundan əvvəl ölüblər. Berta Mills qapının dalında duraraq Qreysə başa salır ki, digər kabuslar bu evdə çox öncələrdən bəri yaşayıblar, buna görə hər şeyi necə var elə də qəbul etmək lazımdır.
Birdən Qreys qızının yuxarıda kiminləsə danışdığını eşidir. Yuxarı qalxaraq o tanımadığı insanların spiritik seans etməyinin şahidi olur. Onlar soruşurlar ki, uşaqların anası ilə nə baş verib. Enn cavab verir ki, onların anası dəli olub və "o vaxt" yastıqla onları boğurdu. Masanın bir tərəfində əyləşən qoca kor qadın Ennin dediklərini yazır və sonra "əgər siz ölmüsüzsə, niyə buradasınız" — deyə soruşur. Uşaqlar dəhşət içərisində qışqırırlar ki onlar ölməyiblər, Qreys də qışqıraraq onların ölmədiklərini deyir. Qoca qadın bunların hamısını yazır. Masa ətrafında oturanlar deyirlər ki, kontakta həm ana, həm də onun uşaqları daxil olublar. Onlar masanın tərpənməsini, göydə kağızların parça-parça olmasını görürlər. Amma Qreysin özü və onun uşaqları görünməzdir. Seansdan sonra, masa ətrafında əyləşən ər və arvad — öz uşaqlarını və özünü öldürən kabus qadının yaşadığı bu evi tərk etməyə qərar verirlər; axı məhz bu kabuslara görə onların oğlu Viktor gecələr yata bilmir, qorxur. Evdə isə bəzi-bəzi hadisələr baş verir.
Qreys uşaqları ilə yerdə oturaraq onları necə boğduğu, özünü isə güllələdiyi haqda düşünür. Özünüqəsddən sonra uşaqların oynadıqlarını eşidən Qreys elə hesab edir ki, Tanrı ona ikinci şans verib. Uşaqlar cənnətin və limpin harada olduqlarını soruşurlar, amma nə onlar, nə də ana bu haqda bilmirlər. Berta Mills bütün bu hadisələrlə barışmağı və yaşamağa davam etməyi onlara başa salır. Çünki Lidiya kimi ömrünün sonuna kimi lal qalmaq olar...
Filmin musiqisini rejissor və ssenarist, Alexandro Amenabar bəstələmişdi. Disk satışa 7 avqust 2001-ci ildə Sony leyblı altında buraxılmışdı . İfaçı — London Session Orchestra.