Tağıyev Baba Əli oğlu (18 iyul 1961, Muğanlı, Noraşen rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.
Baba Tağıyev | |
---|---|
2005 – 2010 | |
Seçki dairəsi | 2005 — 44 saylı Sumqayıt-Abşeron |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Hacı Salayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 iyul 1961 (63 yaş) |
Doğum yeri |
Baba Tağıyev 1961-ci il iyulun 18-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Muğanlı kəndində anadan olmuşdur. Xarkov Kənd Təsərrüfatı İnstitutunun bitki mühafizəsi fakültəsini bitirmişdir. Rus və fransız dillərini bilir.
1985-ci ildən Abşeron rayonunda bioloji laboratoriyanın aqronomu, baş aqronomu, direktor müavini olmuşdur. 1990-cı ildən Respublika Mərkəzi Laboratoriyasının direktor müavini, baş direktoru vəzifələrində çalışmışdır. 1989-cu ildə özəl sahibkarlıq fəaliyyətinə başlamışdır. 1999-cu ildən "Tağıyev" şirkətlər qrupunun qurucusu və təsisçisidir.
2005-ci ildə II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan-Belçika, Azərbaycan-Fransa, Azərbaycan-Lüksemburq, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
2009-cu ildə "İrəli Azərbaycan" İctimai Birliyinin sədri olmuş, 2010-cu ildə Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü seçilmişdir.[mənbə göstərin]