Salayev Hacı Hacı Baba oğlu (28 iyun 1968, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı.[1]
Hacı Salayev | |
---|---|
2010 – 2020 | |
Seçki dairəsi | 2010 — 44 saylı Sumqayıt-Abşeron 2015 — 44 saylı Sumqayıt-Xızı |
Əvvəlki | Baba Tağıyev |
Sonrakı | Müşfiq Məmmədli |
Şəxsi məlumatlar | |
Doğum adı | Salayev Hacı Hacı Baba oğlu |
Doğum tarixi | 28 iyun 1968 (56 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Salayev Hacı Hacı Baba oğlu 28 iyun 1968-ci ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində anadan olub.
1975–1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb.
1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini bitirib.
2002-ci ildə isə Bakı Dövlət Universiteti Hüquq fakültəsini bitirib.
1985-ci ilin iyun ayında "İdman" İstehsalat Birliyində fəhlə vəzifəsində əmək fəaliyyətinə başlayıb.
1986-cı ilin noyabr ayından 1988-ci ilin oktyabr ayınadək Ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordu sıralarından tərxis olunduqdan sonra "İdman" İstehsalat Birliyində əmtəəşünas, sonra isə iqtisadçı vəzifəsində işləyib.
1991-ci ilin noyabr ayında Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyi "Şəbəkə" Filialının direktoru vəzifəsinə təyin olunub.
1996-cı ilin fevral ayından 2002-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə hərbi xidmətdə olub (Milli Təhlükəsizlik Nazirliyi). Xidmət etdiyi müddət ərzində müxtəlif vəzifələrdə işləyib. Son tutduğu vəzifə isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsi olmuşdur.
Ehtiyatda olan polkovnik rütbəli zabitdir.
2002-ci ilin noyabr ayından 2005-ci ilin mart ayınadək "TRUST" Mühafizə Şirkətinin Baş direktoru vəzifəsində işləyib.
2005-ci ilin avqust ayından 2006-cı ilin mart ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifəsində işləyib.
2006-cı ilin mart ayından 2010-cu ilin fevral ayınadək "TRUST" Mühafizə Şirkəti İdarə Heyətinin sədri vəzifəsində işləyib.
29 noyabr 2010-cu ildə IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olub.
2011–2015-ci illərdə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini olub.
2012–2015-ci illərdə Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun rəhbəri olub.
24 noyabr 2015-ci ildə V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü olub.
Azərbaycan-Türkiyə Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun üzvü olub.
2016-cı ildə Milli Məclisin Azərbaycan-Estoniya Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun rəhbəri seçilib.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.
Evlidir. Dörd övladı var.
1996-cı ilin fevral ayından 2002-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə hərbi xidmətdə olub (Milli Təhlükəsizlik Nazirliyi).
Ehtiyatda olan polkovnik rütbəli zabitdir.
IV-cü və V-ci Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.