Bu məqaləni vikiləşdirmək lazımdır. |
Babazənən – Azərbaycan Respublikasının Salyan rayonunun Babazənən dağının ərazisində mineral bulaq.
Azərbaycan Respublikasının Salyan şəhərinin şimal-şərqində yerləşir. Cənub-şərqi Şirvan düzündə, eyniadlı dağda, Babazənən dağında yerləşdiyi üçün adını da həmin dağdan almışdır. Bəzi mənbələrdə Babasənan variantında da işlənmişdir. Mütəxəsislərin bir qismi oronimin ikinci komponentini fars dilindəki "qadın" sözünün qarşılığı, digər qismi isə Sənan şəxs adı ilə əlaqələndirirlər. Əslində isə Babasinən variantında qəbul olunmalı olan bu oronim"baba" və "sinən" (türk dilində "enən", "düşən", "yatan", "kiçilən") sözlərindən ibarətdir. Bir çox tədqiqatçılara görə, burada əsasən qadın xəstəlikləri müalicə olunduğu üçün bulaqlar Babazənən (qadın piri) adı ilə tanınır.
Babazənən bulağının suyu isti və kükürdlüdür. Yerli əhali tərəfindən müalicə üçün istifadə edilir.
Bulaqdan dəri xəstəliklərinin ən yaxşı dərmanı olan rodonlu su axır. Bulaqdan axan su aşağı hissədə göl yaradıb. El arasında bulağa "Şır-şır" deyirlər[1].