Bu məqalə Salyan şəhəri haqqındadır. Salyan rayonu üçün Salyan rayonu səhifəsinə baxın. |
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır.[3]
Şəhər | |
Salyan | |
---|---|
39°35′48″ şm. e. 48°59′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | −19 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır.[4]
Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi.
Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.[5]
1729–1782-ci illərdə Salyan sultanlığının paytaxtı olub.
1799-cu ildə Şamaxı xanı Mustafa xan Salyanı ələ keçirdi və ona naib təyin etdi.[6]
1916-cı ildən Salyan Bakı quberniyasının Cavad qəzası inzibati mərkəzi olmuşdur. 1916-cı ildə ona şəhər statusu verilmişdir.[7]
1929–1930-cu illərdə — Muğan dairəsinin mərkəzi, 1930-cu ildən Salyan şəhəri Salyan rayonunun inzibati mərkəzidir.
Etnik qrup | Sayı, 1939 sa.[8] | Nisbəti, 1939 sa.[8] |
---|---|---|
toplam | 13 554 | 100 % |
Azərbaycan türkləri | 11 568 | 85.3 % |
rus | 1 644 | 12.1 % |
ukraynalı | 86 | 0.6 % |
alman | 74 | 0.5 % |
erməni | 56 | 0.4 % |
yəhudi | 20 | 0.2 % |
ləzgi | 8 | 0.1 % |
gürcü | 8 | 0.1 % |
talış | 1 | 0.1 % |
digər | 89 | 0.6 % |
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Şəhər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |