Babil kitabxanası (ing. The Library of Babel) — amerikalı yazıçı və kompüter mühəndisi Conatan Basile tərəfindən Xorxe Luis Borxesin "Babil kitabxanası" (1941) adlı qısa hekayəsinə əsaslanan veb sayt.[1] Sayt 2015-ci ildə açılmışdır.[2] Saytda axtarılan istənilən təsadüfi və ya müəyyən 3200 simvoldan çox olmayan mətn kitabxanadakı kitabların içərisində mövcuddur.
Babil kitabxanası | |
---|---|
ing. Library of Babel | |
URL | libraryofbabel.info |
Tipi | alqoritm |
Dilləri | ingilis |
Müəllif (lər) | Conatan Basile |
Açılma tarixi | 2015 |
Hazırkı statusu | aktiv |
Basile saytı yaratmaq fikrini "gecə yatarkən ağlına gəldiyini" deyir.[3] Basile rəqəmsallaşdırılmış Babil kitabxanası yaratmaq üçün düşündüyündən daha çox rəqəmsal yaddaş lazım olacağınl tez bir zamanda başa düşdü.[4] Bu problemi həll etmək üçün bunun əvəzinə kitabxananın simulyasiyasını yaradan alqoritma qurdu.
Kitabxananın ana səhifəsində əsas məlumatlar, forumlar və kitabxananı kəşf etməyin üç yolu var. Bu yollar saytın minlərlə "cild"dən birini təsadüfi seçməsi, kitabları manuel axtarmaq və müəyyən mətni axtarışa verməkdir.[2] Kitabxananın sonsuz meymun teoremi — qəribə dil oxşarlığı olan məzmunlar səbəbi ilə söz və söz toplularını "ingilisləşdirmə" xüsusiyyəti var.[5]
Kitabxananın məzmunu hər biri 4 divar, 20 rəf və 640 cilddən ibarət nömrələnmiş rəqəmsal altıbucaqlılara bölünür.[2] Altıbucaqlıların ümumi sayı faktiki olaraq sayıla bilməz.
Basilenin yaratdığı alqoritma 29 simvolun hər permutasiyasını təkrar edərək bir "kitab" yaradır: 26 ingilis hərfi, boşluq, vergül və nöqtə.[6] Hər bir kitab altıbucaqlı kitabxanadakı yerinə (altıbucaqlının adı, divar nömrəsi, rəf nömrəsi və kitabın adı) uyğun gələn koordinatla işarələnir. Beləcə hər kitab hər dəfə eyni yerdə ola bilir. Sayt 3200 simvoldan ibarət bütün ehtimalları yarada bilir və istifadəçilərin təxmini 104677 kitab səhifəsi içərisindən seçim etmələrini təmin edir.[7][8]