Babil qülləsi — Flamand rəssam Piter Breygelin eyni mövzu üzərindən çəkdiyi bir neçə tabloya verilən addır. Tablonun 1563-cü il tarixli iki fərqli versiyası günümüzə çatmışdır. Taxta üzərində yağlıboya ilə çəkilmiş olan bu tablolarda, Əhdi-Ətiq də bəhs edilən Babil Qülləsinin (Varlığın kitabı 11: 1-9) tikilişi təsvirlənmişdir. Tabloların biri Vyana Sənət Tarixi Muzeyində, digəri isə Rotterdamdakı Museum Boijmans Van Beuningen-də yerləşir.
Babil qülləsi (Vyana versiyası) | ||
---|---|---|
| ||
Rəssam | Böyük Piter Breygel | |
Tarixi | 1563 | |
Texnikası | Taxta lövhə üzərində yağlıboya | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Vyana Sənət Tarixi Muzeyi, Vyana | |
Vikianbarda əlaqəli mediafayllar |
Tablonun bu günə qalan iki versiyasından daha məlum olanı, Vyana Sənət Tarixi Muzeyindəki tablodur. Bu versiya, digərinə görə daha böyük ölçülərə malik olduğundan, «Böyük Qala» olaraq da adlandırılır.
Breygel bu tabloda, Babil Qülləsi hekayəsini Avropa sənət tarixindəki tipik ələ alınmış surətilə təsvir etdi. Rəsmdə quruluşun böyüklüyünü, sərf olunan əməyin çoxluğunu və tikinti texnikalarını göstərməyə çalışdı.
1553-cü ildə Romaya səfər etmiş Breygelin bu rəsm əsərində Kolizeydən təsirləndiyi görünür. Qüllənin yuxarıya doğru uzanan sütunları, binanın üfüqi yerləşməsi, iki sıra olan kəmər serialları və iç-içə iki divarlı quruluş, rəssamın qüllə təsvirində Romadakı bu binanın xüsusiyyətlərini istifadə etdiyini göstərir. Qüllənin yeddinci qatı başa çatdırılmış, səkkizinci mərtəbəsi isə inşa halındadır. Tikinti işlərinin aparıldığı mühasirə divarlarının üzərində anbar binaları, kranlar, çarxlı linglər, pilləkənlər və quruluş estakadaları kimi, Breygelin öz dövründə istifadə edilən vasitələr var.
Qüllənin ətrafındakı sahə tipik Flamand ərazisidir. Uzaqlarda açıq dəniz və dağlar görünür. Qüllənin arxasında, divarlarla əhatəli Antverpen şəhəri var. Şəhərin limanı gəmilərlə doludur.
Tablodakı insan fiqurlarının böyük əksəriyyəti olduqca kiçikdir. Bunlar, binanın inşaatında çalışan daş ustaları və müxtəlif sənətkarlardır. Binanı tikdirən Kral Nəmrud isə ustalardan daha böyük çəkilmişdir. Kralın qarşısında səcdə edənlərin varlığı, hekayənin oriental mənşəyinə işarə edir.
Tablo, bütün dünyəvi şeylərin müvəqqəti olmasını və insanın özünü yaradıcıya bərabər görərək girişdiyi işlərin yararsızlığını göstərir. Tablo da tikinti işləri uğurla davam edirmiş kimi görünür. Ancaq qüllə çoxdan, şəhərə doğru əyilməyə başlamışdır. Bu vəziyyət, binanın daimi olmayacağını, qaçınılmaz fəlakətin işarələrinin ortaya çıxmağa başladığını göstərir.
Babil qülləsi (Rotterdam versiyası) | ||
---|---|---|
| ||
Rəssam | Böyük Piter Breygel | |
Tarixi | 1563 | |
Texnikası | Taxta lövhə üzərində yağlıboya | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Museum Boijmans van Beuningen, Rotterdam | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu əsərin «Böyük Qüllə» ilə həmin il çəkilmiş olan Rotterdam versiyası, digər rəsmə görə daha kiçik olduğundan «Kiçik Qüllə» olaraq da adlandırılır. Bu versiyada qüllə, digər versiyaya görə çox daha böyükdür və insanlar artıq görülməyəcək qədər kiçilib. Rəng seçimi və lövhədəki hava şərtləri səbəbiylə, qüllə çox daha qorxuducu görünür.
Vyana versiyasında, Kral Nəmrud ilə təmsil edilən dünyəvi iqtidarın kibri yerilirkən, Rotterdam versiyası isə Roma Katolik Kilsəsini hədəf alır: Tablonun haradasa tam ortasında, qırmızı bir örtük altında binanın qıvrımları boyu irəliləyən ayin alayı var.
Tablonun başqa versiyaları əgər çəkilibsə də, bu iki versiyadan başqa bir tablo günümüzə çatmamışdır. Niclaes Jonghelinck adlı Antverpli bir tacirə aid 1565 tarixli girov siyahısında, Breygelin çəkdiyi Babil Qülləsi adlı bir rəsm də var; Ancaq bunun mövcud iki versiyadan biri olub olmadığı bilinmir. Tablonun yenə taxta üzərində yağlıboya ilə çəkilmiş 75,5 x 105 sm ölçülərində bir başqa versiyası isə Drezdendəki Gemäldegalerie Alte Meister-də nümayiş etdirilir. Amma bu versiya, Marten van Valckenborch (1535-1612) adlı başqa bir rəssama məxsusdur.
Müəyyən bəzi xüsusiyyətlərdə oxşarlıqlar səbəbindən, Üzüklərin Hökmdarı film seriyasındakı Minas Tirith canlandırmalarında, bu tablodan təsirlənmiş olması ehtimal edilir.