Baburlu sülaləsi və ya Moğol xanədanı — Teymurlular xanədanının bir qoludur. Məhəmməd xan Şeybaninin 1507-ci ildə Teymurlu imperatorluğuna son qoymasından sonra Teymurilərin Hindistana çəkilməsi nətciəsində yaranan Baburlu imperiyasının hakim sülaləsidir. Əsası Baburlu imperiyasının qurucusu və ilk padşahı Padşah Babur şah tərəfindən qoyulmuşdur. Babur padşah ən məşhur türk xaqanlarından olan Əmir Teymur xanın nəticəsi idi. Sülalənin nümayəndələri 5 titul daşıyırdılar: padşah, şah, sultan, xan və xaqan. Sülalə türk idi, moğol (muğal) adı isə onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Sülalənin son padşahı II Bahadır şahdır. Baburlular digər türk dövlətləri olan Osmanlı və Səfəvi imperiyaları ilə dostluq əlaqələri qurmuşdur.
Baburlu xanədanı Moğol sülaləsi | |
---|---|
Özbək türkcəsi: Baburiylar Türkiyə türkcəsi: Babürlüler | |
Ölkə | Böyük Moğol imperiyası |
Hissəsidir | Teymurlular |
Banisi | Babur şah |
Sonuncu hökmdar | II Bahadır Şah |
Hazırkı rəhbər | Yoxdur |
Əsası qoyulub | 1526 |
Milliyyət | Özbək türkləri |
Titullar | |
Sultan, padşah, şah, xan, xaqan | |
Vikianbarda əlaqəli mediafayllar |