Bu məqaləni vikiləşdirmək lazımdır. |
Türk dili və ya Türkcə (türk. Türkçe, Türk dili, Türkiye Türkçesi, Anadolu Türkçesi) — Türkiyə Respublikasının, Kipr Respublikasının və Şimali Kipr Türk Respublikasının rəsmi dili. Elmdə Altay dilləri qrupunun türk dilləri qoluna aid edilir. Alternativ adlandırma kimi türkologiyada Türkiyə türkcəsi (Anadolu türkcəsi) adı işlədilir. Azərbaycan türkcəsi türkmən və qaqauz dillərinə çox yaxındır. Bu dillər ümumi türk dilinin oğuz qrupuna aiddir. Təqribən 438 söz və şəkilçilərdə fərq vardır.[mənbə göstərin]
Türk dili | |
---|---|
Orijinal adı | Türkçe |
Ölkələr | |
Tənzimləyən təşkilat | Türk Dil Qurumu |
Danışanların ümumi sayı | |
Təsnifatı | |
Yazı | Türk əlifbası[1] |
Dil kodları | |
QOST 7.75–97 | тур 693 |
ISO 639-1 | tr |
ISO 639-2 | tur |
ISO 639-3 | tur |
Dilin strukturlarının dünya atlası | tur |
Ethnologue | tur |
ABS ASCL | 4301 |
IETF | tr |
Glottolog | nucl1301 |
Vikianbarda əlaqəli mediafayllar |
Türk dili İraq, Suriya, Almaniya, Bolqarıstan və Yunanıstanda azlıqların dili qəbul edilir. Bolqarıstan və Yunanıstanda isə türkcə televiziya kanalları fəaliyyət göstərir. Ümumiyyətlə, türk dilinin (Anadolu türkcəsi) yayılma arealı Osmanlı imperiyasının idarə etdiyi ərazilər ilə üst-üstə düşür.
Türk dilində ingilis, alman, fransız, ərəb və s. kimi dillərdən fərqli olaraq varlıqlar cinsiyyətinə görə fərqləndirilmir. Cümlə quruluşu əksər hallarda belədir: mübtəda cümlənin əvvəlində, xəbər sonunda işlənir. Təyin təyin etdiyi sözün əvvəlində işlənir.
Hal-hazırda 1928-ci ildəki hərf inqlabından sonra latın hərflərindən istifadə olunur.
Türkcə ya da Türk dili qərbdə balkanlardan başlayıb şərqdə Xəzər dənizi sahəsinə qədər danışılan Türk dilləri dil ailəsinə aid daim güncəllənən dildir. Türk dillər Osmanlı türkcəsisinin davamını təşkil edir. Başda Türkiyə olmaqla qədim Osmanlı İmperiyası coğrafiyasında danışılan Türk dili, dünyada ən çox danışılan 15-ci dildir. Türk dilinin daim güncəllənən olması hər hansı bir yenilik üzərindən istənilən qədər yeni sözlər yarada bilmək imkanını verir. Türkiyə türkcəsi bu yönündən dolayı digər Türk dillərilə ortaq ya da ayrı olan onlarca söz mövcuddur[8].
Türk dili ilə bağlı bir neçə təsdiqini tapmayan iddealar var. Bunlar aşağıdakılardır:
Beş Dialektlər vardır
Anadolu
Şərqi Anadolu Qərbi Anadolu Şimalqərbi Anadolu olmaq üzrə üçe ayrılıb
Rumeli
Şərqi Rumeli Qərbi Rumeli olmaq üzrə ikiye ayrılıb
Kipr
Suriya
Aa
Bb
Cc
Çç
Dd
Ee
Ff
Gg
Ğğ
Hh
Iı
İi
Jj
Kk
Ll
Mm
Nn
Oo
Öö
Pp
Rr
Ss
Şş
Tt
Uu
Üü
Vv
Yy
Zz
Azərbaycan dilində olan "ə" hərfi Türk dilində "e" hərfi içində gizlədilir.