Bacillus anthracis

Qarayara çöpü - elmi adı 'Bacillus anthracis' olan qrammüsbət, sporlu bakteriya. Qarayara xəstəliyinin törədicisidir. İnsanda qarayara xəstəliyi törədən mikrobun kulturası Robert Kox tərəfindən 1877 ci ildə əldə edilmişdir.

Qarayara çöpü
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qarayara çöpü
Beynəlxalq elmi adı
  • Bacillus anthracis

Qarayaranın lat. Bacillus anthracis törədici mikrobu növünə, lat. Bacillaceae ailəsinə aid olub, ucları düzbucaq altında xarakterik kəsilmiş, uzunluğu 3-10 mkm, eni 1-1,5 mkm olan iri hərəkətsiz çöpdür. orqanizmdə inkapsullaşmış tək-tək çöplərə və ümumi kapsul ilə əhatələnmiş 2-3 mikrobdan ibarət zəncirə təsadüf edilir. Basillərin gövdələrinin ucları təmas yerlərində azca qalındır və zəncir bambuk əl ağacını xatırladır. Xarici mühitdə lat. Bacillus anthracis 0,8-1x1,3-1,5 mkm ölçüsündə sporlar əmələ gətirir, qrammüsbətdir, anilin boyalarla yaxşı rənglənir. Romanovski-Kimza üzrə rəngləndikdə kapsullar Sil-Nilsen metodundan istifadə edildikdə sporlar aşkara çıxır. Qarayara basilləri fakultativ aerobdur. Ətli-peponlu aqarın səthində onlar çıxıntılı olan sap kələfindən ibarət "şiryalı", "meduza başı", donuq, tutqun, kələ-kötür kapsulsiz koloniyalar (R-forma), at zərdabında 80 °C temperaturda hamar, selikli, yarımşəffaf bürmələnmiş koloniyalar şəklində (S-forma), ətli-peptonlu bulyonda – sınaq şüşəsinin dibində pambıq topası şəklində inkişaf edir. lat. Bacillus anthracis ölümə səbəb olan toksindən, ödem amilindən və protektiv antigendən ibarət olan, natamam anticisimləri induksiyaedən ekzotoksinin protein kompleksini törədir. lat. Bacillus anthracis törədici mikrobun antifaqositar aktivliyini təmin edən kapsullu protein antigeni və mikrob divarında yerləşən somatik polisaxarid antigeni vardır. Somatik antigen termostabildir heyvan və insan orqanizmində immunoqlobulinlər sintezini induksiya etmir, meyid materialında uzun müddət qalır, Antigenin termostabilxüsusiyyətindən xəstəliyin diaqnozunu qoymaq üçün (Askoli) termopresipitasiya reaksiyasında istifadə edirlər. Kapsulda qlütamin turşusunun polipeptidi protein antigeni tapılmışdır. Qarayara basillərinin mutant formaları məlumdur ki, onlardan immunoprofilaktik vaksinlər hazırlanır. lat. Bacillus anthracis-lər 50 °C-dək qızdırıldıqda 30 dəq. ərzində, 75-80 °C temperaturda – 60 san.-dən sonra, adi konsentrasiyada suleyma, formaldehid, xlorun təsirindən bir neçə dəqiqədən sonra tələf olur. Qarayara basilləri aşağı temperatura son dərəcə davamlıdır. lat. Bacillus anthracis-in qarayara sporları xarici mühitdə yüksək dərəcədə davamlıdır. Yaşama qabiliyyətini suda bir neçə il, torpaqda on illərlə saxlayır; quru isti onları 140 °C-də 3 saat ərzində qırır, qaynatma zamanı 45-60 dəq. sonra tələf olur. Sporlar dezinfeksiyaedicilərə qarşı davamlıdır, heyvanların aşəlanməş dərisində, onlar uyun müddət diri qala bilir. Ətin duzlanması sporları məhv etmir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]