BadClause

Badclause (əsl adı: Mirmövsüm Elşən oğlu Əhmədov; 5 iyul 1997, Xırdalan) — Azərbaycan rep sənətçisi.

BadClause
Mirmövsüm Elşən oğlu Əhmədov
Ümumi məlumatlar
Doğum tarixi 5 iyul 1997(1997-07-05) (26 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, söz yazıçısı[d]
Fəaliyyət illəri 2013-cü ildən
Səs tembri bariton
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Badclause ləqəbli Mirmövsüm Əhmədov 5 iyul 1997-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı Türk Anadolu Liseyində almış, daha sonra isə Ankara Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur.[1]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Rep musiqisi ilə ilk dəfə 10–11 yaşlarında Türkiyə repindən olan Ceza ilə tanış olub, yerli qrup olan H. O. S. T ilə maraq dairəsini genişləndirib, bənzər mətnlər yazmağa başlayıb. Dövrünün gənc nəsil musiqiçilərinin yaradıcılıqları ilə yaxından maraqlanaraq sənəti barədə kifayət qədər məlumat və dünyagörüşü toplamağa çalışıb.[1][2]

2013-cü ilin ortalarından rap musiqisiylə məşğul olmağa başalayır. Bir müddət sonra "X. R. B Records" tərkibinə daxil olur.

2014-cü ilin əvvəlləri həvəskar olaraq ərsəyə gətirdiyi "İLK" adlı EP albomunu hazırlayır, amma tam formatda albom olaraq işıq üzü görmür.

2015-ci il 30 mart tarixində "Mən Piyanam" adlı ikinci (ilk peşəkar) albomu 45 nüsxə olaraq, albom təqdimatıyla işıq üzü görür.

2016-cı il 9 yanvar tarixində "Günbatımı" adlı track kütlə tərəfindən böyük maraqla qarşılanır və bu da növbəti albomun işlənməyinə şərait yaradır.

2016-cı il 5 iyul tarixində "Qızılgül" adlı növbəti albomu 150 nüsxə şəklində, albom təqdimatıyla uğurlu olaraq işıq üzü görür. Bu albomdan olan "Qızılgül" və "Sübh" adlı parçalar dinləyicilər tərəfindən sevilir və lazımi qədər tanınır.

2016-cı il 27 noyabr tarixində "Insomnie" adlı ilk konsert 1984 Pub-da baş tutur. Dinləyicilərin və qonaqların (TarlanThis, Hasan Badalbayli, Eren Mumcu) müşayiəti ilə konsert, 130+ nəfərlik auditoriya ilə uğurlu şəkildə başa çatır.

2017-ci il 19 fevral tarixində "Insomnie" adlı sayca dördüncü albomu 30 xüsusi nüsxə ilə dinləyicilərə təqdim olunur. Digər albomlardan fərqli olaraq bu albom daha peşəkar işlənilir. Və albomda yerləşən 7 parçanın hər biri fərqli musiqiçiylə duet şəklində işıq üzü görür. Bu albomun ardından isə "Geridə Qalan 3 il","Günəş","Sevdim Səni" və.s bənzər proyektlərlə gündəmdə qalmağı bacarır.

2018-ci il boyunca "Rəsm","Qürur","Deyəsən unutmusan" kliplərini təqdim edir və bənzər parçaları ilə yaradıcılığına davam edir.[3]

2018-ci ildə isə PRoMeteAlim Qasımovun da duet ortağı olduğu 4 parçadan ibarət "Havaodsutorpaq" adlı sayca beşinci albomu işıq üzü görür.

Albomun ardından bir müddət fasilədən sonra sırası ilə Şahin Əlizadə ilə birgə ifa etdiyi "Güzgüdə bir kəs" trekini, "Heyif" trekini, Həsən Bədəlbəyli ilə birlikdə ifa etdiyi "4 Fəsil Öncə" trekini 2019-cu il 5 iyul tarixində isə sözügedən treklərin də daxil olduğu "Sonuncu Səhifə" adlı sayca altıncı albomunu izləyicilərə konsertlə birlikdə təqdim edir.

Albomun ardından bir neçə sinql onlayn olduqdan sonra 2020-ci ildə "BadClause Acoustics" başlığı altında 4 akustik parça işıq üzü görür.

Hazırda karyerasına solo olaraq davam edir.

2023-cü ilin 15 oktyabrda tarixində karyerasının 10 illik yubileyinə həsr olunmuş "10 il" adlı solo konserti gözlənilir.[4]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Mən Piyanam albomu üz qabığı

2015 – "Mən Piyanam" Albomu[redaktə | mənbəni redaktə et]

  • Intro
  • Ölüm-yaşam
  • Lalələr
  • Miri Salam Deyir
  • Mən Piyanam
  • İsti Cappuccino
  • Ondoqquz
  • Yaz Şair
  • Bəzən
  • Interlude
  • Bayatılar (Dəniz ilə)
  • Travmal
  • Ömrüm
  • Oyuncaq
  • Qucaqla
  • Yuxu (Lalələr II)
  • Sənətağa Darıxma
  • Bakı (Əlavə)
  • Outro
Qızılgül albomu üz qabığı

2016 – "Qızılgül" Albomu[redaktə | mənbəni redaktə et]

  • Qüssə
  • 9 Noyabr
  • Ayrılıq
  • Sübh (Rza ilə)
  • Nələr İtirdik?
  • Qızılgül (Rza ilə)
  • Mənsiz Qocalma
  • Kim Bilir? (Rza ilə)
  • Əvəzsiz
  • Qızılgül (Akustik)
Insomnie albomu üz qabığı

2017 – "Insomnie" Albomu[redaktə | mənbəni redaktə et]

  • LeCiel (Lakonik ilə)
  • Marron (Həsən B. ilə)
  • Decembre (Hasan B. ilə)
  • Insomnie (Orxan M. ilə)
  • Cafune (TarlanThis ilə)
  • Jenesaispas (Fidan Ə. ilə)
  • Cheminee (Eren M. ilə)
Havaodsutorpaq albomu üz qabığı

2018 – "Havaodsutorpaq" Albomu[redaktə | mənbəni redaktə et]

  • Hava (ProMete ilə)
  • Od (Alim Qasımov ilə)
  • Su
  • Torpaq
Sonuncu səhifə albomu üz qabığı

2019 – "Sonuncu Səhifə" Albomu[redaktə | mənbəni redaktə et]

  • 4 Fəsil Öncə (Həsən Bədəlbəyli ilə)
  • Güzgüdə Bir Kəs (Şahin Əlizadə ilə)
  • İki Dünya (Şahin Əlizadə ilə)
  • İyirmibeş
  • Məktub
  • Səndən Sonrası
  • Sevgilər
  • Unutdun (Kamil Səmədli ilə)
  • Yanımda Qal
  • Sonuncu Səhifə

2020 – "BadClause Acoustics"[redaktə | mənbəni redaktə et]

  • Naxoş Dinləmələr (Kamil Səmədli ilə)
  • Deyəsən Unutmusan (Şahin Əlizadə ilə)
  • Qəfəs (Şahin Əlizadə ilə)
  • Üfüq (Şahin Əlizadə ilə)

Sinqıllar[redaktə | mənbəni redaktə et]

  • Hi Fame (2013)
  • Portret (2013)
  • Məktub (2013)
  • Portret (2013)
  • Səninlə Qış (2013)
  • Armageddon (2013)
  • HipHoprat Andı (2014)
  • Şeir Gözlü Gözəl (2015)
  • Şərhsiz (2015)
  • Üz Cizgilərin (2015)
  • Naxoş Dinləmələr (2015)
  • Gecən Xeyrə (2015)
  • Yaralı Göz Qapaqlarım (2015)
  • Lirika (2015)
  • Günbatımı (2016)
  • Sakitləşdirici (2016)
  • Eyvallah (2016)
  • Çərpələng (2016)
  • Rəf (2017)
  • Günəş (2017)
  • Geridə Qalan 3 İl (2017)
  • Sevdim Səni (2017)
  • 23:10 (2017)
  • Rəsm (2018)
  • Neçə Belə Əlvidalara (2018)
  • Qürur (2018)
  • Deyəsən Unutmusan (2018)
  • Mövhumat (2018)
  • Pərdə Arxası (2018)
  • Heyif (2019)
  • Ayrı Dünyalar (2020)
  • Bülleten (2020)
  • Çərçivə (2020)
  • Şübhə (2020)
  • Şərqi (2020)
  • Ata Yurdu (2020)
  • Eyni Şeylər (2021)
  • Şəhər Və Şər (2021)
  • Cheerz (2021)
  • 02 (2021)
  • Qatarlar (2021)
  • Tək Sən (2021)
  • EVE (2021)
  • Və Yenə Mən Oyanıram (2022)
  • Ucuzvari (2022)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 ""BadClause" Qaraqanla niyə duet oxumaq istəmir? - Tanınmış reperlə müsahibə". Aznews.az (az.). 2018-09-12. 2018-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
  2. "Gənc reperdən bəşəriyyətə ismarış - Deyəsən, hər şey yaxşı olacaq". Faktor.az (az.). 2019-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-15.
  3. TV, Baku. "BadClause ləqəbli Mirmövsüm Əhmədovdan maraqlı ifa". baku.tv. 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-14.
  4. "iTicket.AZ — biletlərin onlayn satışı". iTicket.AZ — biletlərin onlayn satışı (az.). 2023-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]