Bafeus müharibəsi

Bafey döyüşü və ya Qoyunhasar döyüşü — 18-27 iyul 1302-ci il tarixdə Osmanlı bəyliyi ilə Bizans imperiyasının apardığı döyüş. Bafeus müharibəsi Osmanlı bəyliyi və Bizans imperiyası arasında aparılan tarixdəki ilk silahlı toqquşmadır. Döyüşü Osman bəyin rəhbərliyindəki Osmanlı ordusu qazanmışdır.

Xəlil İnalcık, müxtəlif Osmanlı mənbələri ilə Yeoryos Pahimerisə (Bizans tarixçisi) əsaslanaraq Bafeus müharibəsnin baş vermə səbəbini, Osmanlı dövlətinin Nikeanı (indiki İznik) yenidən Türk hakimiyyəti altına alma istəyi kimi göstərimişdir.

Müharibənin yeri

[redaktə | mənbəni redaktə et]

Bafeus müharibəsi kimi tanınan müharibə bu gün Bursa vilayəti Təzə Şəhər ilinə bağlı Koyunhisar və ya digər adı ilə Hamidiyə kəndinin yerləşdiyi düzənlikdə baş vermişdir.

Başda Bursa valisi Atranos, Ketel və Kita tekfurları Osman bəyə qarşı birləşdilər. İmperator II Andronikos Palaiologos da 2 min nəfərlik çoxu pullu əsgərlərdən ibarət olan mərkəzi ordu gücü göndərmişdi. Ancaq bu birləşmiş Bizans ordusu Osman bəy komandanlığı altındakı Osmanlı qüvvələri tərəfindən, İzmitin şimal-şərqində Koyunhisar (Baphaeon) deyilən yerdə ağır bir məğlubiyyətə uğradıldı.

Bu müharibə zamanı yenilən Bizanslı qüvvələrin çox itkiyə məruz qalmadıqları və bir çox mərkəzi Bizans gücünə aid muzdlu əsgərlərin dağınıq şəkildə İzmitə qayıtdığı bildirilməkdədir. Osmanlı qüvvələrindən isə Osman bəyin qardaşı oğlu Aydoğdu bəy həlak olmuşdur. Osman Qazi qardaşının ölümünə çox məyus olmuşdur. Aydoğdu bəyin qəbri Koyunhisar mahalının ərazisindədir.

Müharibənin önəmi

[redaktə | mənbəni redaktə et]
  • Osmanlılar Bizans tekfurlarının (Bizansda xristian bəylərinə verilən ad) güclü ordusunu məğlub edərək onsuz da zəifləmiş olan Bizansın gücünü daha da zəiflətmişdir.
  • Bursanın şimalı istisna olmaqla üç tərəfi Osmanlı torpaqlarına çevrilmişdir.
  • Osman Qazinin gücünə güc vermişdir və Anadolunun dörd bir yanından könüllülər Osman Qazi komandanlığı altındakı Osmanlı ordusuna qatılmışdılar.
  • Tarixçi Xəlil İnalcık 2009-cu ildə verdiyi bir açıqlamada Osmanlı bəyliyinin dövlət xarakterini 1302-ci ildə Koyunhisar müharibəsindəki Osman bəyin qalibiyyətindən sonra qazandığını iddia edir.