Bizans-Osmanlı müharibələri 154 il davam etmiş olan bir sıra müharibələrdən ibarət olmuşdur. Baş vermiş müharibələr nəticəsində Osmanlı imperiyası yüksəlişini davam etdirmiş və eyni zamanda da Bizans imperiyası süqut etmişdir.
Bizans–Osmanlı müharibələri | |||
---|---|---|---|
Tarix | 1299-29 may 1453 | ||
Yeri | Kiçik Asiya və Frakiya | ||
Nəticəsi | Osmanlı imperiyası qələbə qazandı. Bizans və varisləri tamamilə məhv edildilər. | ||
Münaqişə tərəfləri | |||
|
|||
|
1204-cü ilə baş vermiş olanDördüncü Səlib yürüşü nəticəsində işğal edilmiş Konstantinopol və sonradan zəifləmiş olan Bizans xaos içində idi. Bu vəziyyətdən məharətlə istifadə etmiş olan Anadolu Səlcuqlu Dövləti Bursa da daxil olmaqla Anadolunun daxili regionlarına qədər yayılmışdısa da, Konstantinopolu əldə edə bilməmişdir. Bizanslılar 1261-ci ildə latınlar tərəfindən işğal edilmiş Konstantinopolu geri almışdırlar. Pravoslav Bizanslılar katolik latınlara nifrət edirdilər. Bizans imperiyası həmsərhəd olduğu II Bolqarıstan İmperiyası, Serb Krallığı, Epir çarlığı və bəzən də ona qarşı üsyan qaldıran Moreya krallığı görə əsas ordularını Kiçik Asiyadan çıxardaraq Frakiya və Balkanlara göndərməyə məcbur olmuşdur. Bu zaman Anadolu Səlcuqlu Dövləti monqolların hücumuna məruz qalmış və gücünü getdikcə itirmişdir. Monqollarla müharibə nəticəsində Anadolu Səlcuqlu dövləti müxtəlif bəyliklərə bölünmüşdür. Bu müstəqil olmuş bəyliklərdən biri də 1299-cu ildə I Osman tərəfindən yaradılmış olan Osmanlı Bəyliyi idi ki, bu bəylik sonralar Bizansla çox şiddətli müharibələrə girəcək Osmanlı imperiyasına çevrilmişdir.
Təxminən 50 il müddətində Bizans Anadoludakı bütün torpaqlarını itirmişdir. 1380-ci illərdə Osmanlı əsgərləri artıq Frakiya ərazilərinə çıxmış və sürətli bir formada Bizansın bu ərazilərdəki torpaqlarını da tutmağa başlamışdır. 1400-cü illərdə isə artıq Bizansın əraziləri Konstantinopol, Peloponnes yarımadası, Saloniki və Egey dənizində yerləşən bir neçə adadan ibarət olmuşdu. 1396-cı ildə baş vermiş olan Niqbolu müharibəsi və Səlib yürüşü, 1402-ci ildə Əmir Teymur ilə baş verən Ankara müharibəsi, 1444-cü ildə baş verən Səlib yürüşü və Varna müharibəsi Konstantinopolun süqutunu və adının İstanbul olaraq dəyişdirilməsini bir müddətlik yubatmışdır.[1]
Bizans-Səlcuq müharibələrindən sonra müxtəlif türk boyları Anadoluya köç etməyə başlamışdırlar. Anadolu Səlcuqlu Dövlətinin XIII əsrdə dağılması ilə bu dövlətin tabeliyində olan bəyliklər tamamilə müstəqil və ya yarı müstəqil olmağa başlamışdırlar.
Osmanlı imperiyasının banisi olan I Osman Anadolu Səlcuqlu dövlətinin yaşlı sultanından idarəsi altında olan uc ərazilərinin tamamilə ona verilməsini istəyir. Bu dövrdə eyni zamanda Anadoluda Anadolu Səlcuqlu dövlətinə qarşı güclü üsyanlar olmuşdur. Anadolu Səlcuqlu sultanı ilə I Osmanın münasibətləri çox yaxşı səviyyədə idi. Buna görə də Anadolu Səlcuqlu sultanı bu torpaqları tamamilə I Osmanın tabeliyinə verməyə razı olur.
Bizans 1453-cü ildə süqut etsə də, onun varisləri ilə müharibələr 1479-cu ilə qədər davam etdirilmişdir. 1460-cı ildə Moreya despotluğu, 1461-ci ildə Trabzon imperiyası və 1479-cu ildə isə Epir despotluğu Osmanlı imperiyasının işğalına məruz qalmışdır.