Bafey döyüşü və ya Qoyunhasar döyüşü — 18-27 iyul 1302-ci il tarixdə Osmanlı bəyliyi ilə Bizans imperiyasının apardığı döyüş. Bafeus müharibəsi Osmanlı bəyliyi və Bizans imperiyası arasında aparılan tarixdəki ilk silahlı toqquşmadır. Döyüşü Osman bəyin rəhbərliyindəki Osmanlı ordusu qazanmışdır.
Xəlil İnalcık, müxtəlif Osmanlı mənbələri ilə Yeoryos Pahimerisə (Bizans tarixçisi) əsaslanaraq Bafeus müharibəsnin baş vermə səbəbini, Osmanlı dövlətinin Nikeanı (indiki İznik) yenidən Türk hakimiyyəti altına alma istəyi kimi göstərimişdir.
Bafeus müharibəsi kimi tanınan müharibə bu gün Bursa vilayəti Təzə Şəhər ilinə bağlı Koyunhisar və ya digər adı ilə Hamidiyə kəndinin yerləşdiyi düzənlikdə baş vermişdir.
Başda Bursa valisi Atranos, Ketel və Kita tekfurları Osman bəyə qarşı birləşdilər. İmperator II Andronikos Palaiologos da 2 min nəfərlik çoxu pullu əsgərlərdən ibarət olan mərkəzi ordu gücü göndərmişdi. Ancaq bu birləşmiş Bizans ordusu Osman bəy komandanlığı altındakı Osmanlı qüvvələri tərəfindən, İzmitin şimal-şərqində Koyunhisar (Baphaeon) deyilən yerdə ağır bir məğlubiyyətə uğradıldı.
Bu müharibə zamanı yenilən Bizanslı qüvvələrin çox itkiyə məruz qalmadıqları və bir çox mərkəzi Bizans gücünə aid muzdlu əsgərlərin dağınıq şəkildə İzmitə qayıtdığı bildirilməkdədir. Osmanlı qüvvələrindən isə Osman bəyin qardaşı oğlu Aydoğdu bəy həlak olmuşdur. Osman Qazi qardaşının ölümünə çox məyus olmuşdur. Aydoğdu bəyin qəbri Koyunhisar mahalının ərazisindədir.