Bahadur Salam (Aslan) oğlu Həziyev (1 may 1926, Qəzyan, Zəngəzur qəzası – 1983[1]) — Əməkdar məşqiçi, SSRİ və Azərbaycan SSR çempionu, Azərbaycan güləşçisi, Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını qazanmışdır.
Bahadur Həziyev | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 1 may 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 1983[1] |
Bahadur Həziyev 1 may 1926-cı ildə Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Yunan-roma güləşi ilə məşqul olub. Əməkdar məşqiçi, Yunan-roma güləşi və sərbəst, milli güləş növləri və ağır atletkadan idman ustası, SSRİ çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. B. Həziyev uzun müddət rayon Kənd Könüllü İdman Cəmiyyətinin sədri olmuşdur. 1983-cü ildə vəfat etmişdir[2].
Bahadır Həziyev Qubadlının Qəzyan kəndində anadan olub. Hələ uşaqlıqdan fiziki cəhətdən tay-tuşundan fərqlənən Bahadır Həziyev 1946 - 1949-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi respublika yığma komandasına cəlb olunur.
İdman ustası Bahadır Həziyev on dəfə Azərbaycan çempionu adına layiq görülüb. Sonra Yunan-Roma güləşi, sərbəst güləş, milli güləş, ağır atletika üzrə SSRİ idman ustası adını alır. Bundan başqa xalq arasında çıxışları ilə xalq pəhlivanı adına layiq görülür.
1949-cu ildən isə Qubadlı rayonunda idmanın inkişafı, bu sahəyə yeni qüvvələrin gəlməsi üçün böyük əmək sərf edir. Əməkdar məşqçi Bahadır Həziyev Qəzyanda yerləşən evinin birinci mərtəbəsində güləş və atletika zalı yaradır və gənclərin bu işə cəlb olunmasına başlayır.
1952-ci ildən başlayaraq idman sahəsində bir sıra məsul vəzifələri yerinə yetirir. Qubadlı rayon idman komitəsinin, Ovçuluq cəmiyyətinin, DOSAAF-ın, Məhsul Könüllu İdman cəmiyyətinin sədri vəzifələrində çalışır.
Əməkdar idman ustası, dünya çempionu, Afina olimpiadasının gümüş mükafatçısı Məmmədəliyev Heydər Nurəddin oğlu, Avropa çempionu, hərbçilər sırasında dünya çempionu Məmmədov Elsevər Yusif oğlu, yenə də Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Məmmədov Məhəmməd Dilən oğlu və bir çoxları Bahadır Həziyevin yaratdığı Yunan-Roma güləş məktəbinin yetişdirmələridir.