Bahadur Şirinov

Bahadur Şirinov

Həyatı[redaktə | mənbəni redaktə et]

Şirinov Bahadur İdris oğlu 1935-ci il may ayının 5-də Göyçə mahalında, Basarkeçər rayonunun Zərkənd kəndində el sənətkarı Aşıq İdrisin ailəsində dünyaya gəlib. Ailədə yeddi uşaq (Maral, Şəmddin, Xasay, Surxay, Bahadur, Qəzənfər, Məhəmməd) bir bacı, altı qardaş olublar. Bahadur ailədə beşinci uşaq olub. Atası Məhərrəmov İdris Şirin oğlu Böyük Vətən müharibəsinə gedib itkin düşüb. Anası Məhərrəmova (Xankişiyeva) Zərnişan Xankişi qızı 1901-ci ildə Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olub. Kəlbəcər rayonundan Göyçə mahalına gəlin köçüb. Bibisi oğlu Aşıq İdris ilə ailə qurub. Bu izdivacdan yeddi övladları olub. Aşıq İdris böyük sənətkar olub Dədə Şəmşirin “Qulağımdan getmir” adlı məqaləsində yazdığ kimi. Aşıq İdris könüllü olarq Böyük Vətən müharibəsinə gedir və 1942-ci ildə itkin düşür. Zərnişan xanım övladlarını minbir əziyyətlə böyüdür. O uşaqlarını Kəlbəcər rayonuna qardaşlarının yanına aparır. Müharibə illəri oldüğunü görə aclıq insanlar məhv edirdi.

Təhsili[redaktə | mənbəni redaktə et]

Şirinov Bahadur birinci sinifə Kəlbəcər rayonunun Almalıq (Kilsəli) kəndində gedir. Çox istedalı uşaq imiş. Dayısı Xankişiyev Halay Xankişi oğlu onun lk müəllimi olur. İbtidai sinfi orda bitirir. Sonra Goranboy rayonunun Xanqərvənd kəndində yaşamalı olurlar. Bir müddət orda təhsil alır. Müharibə qurtardıqdan sonra evlərinə Göyçəyə öz kəndlərinə Zərkəndə qayıdıllar təhsilini davam etdirir. Zərkənddə onillik məktəb olmadığından qonşu kənddə Kiçik Məzrə kəndində 1957-1958-ci illərdə tam orta məktəbi bitirir. 1962-1964-cü illərdə Bakı Politexnik Texnikomunun “Avtomobil təmiri və istismarı” fakultəsindı təhsil alıb. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomobil nəqliyyatı” fakultəsinə daxil olur və 1976-cı ildə bitirir.

İş fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Orta məktəbi bitirdikdən sonra bir müddət Zərkənddə kolxozda fəhlə işləyir. 1961-ci ildə Bakı şəhərinə gəlir və fəhlə işləyir. 1962-ci ildə Bakı "Tuneltikinti" idrəsinin avtobazasında fəhlə işləyir. 1964–1965-ci illərdə İrəvanda Basarkeşər rayonunda (DOSAF-da) avtomobil ixtisası üzrə müəllim işləmişdir. 1962-ci ildən başlayaraq 1997-ci ilə qədər Bakı "Tuneltikinti" İdarəsində fəhləlikdən idarə rəisinə qədər yüksəlmişdir. 1988-ci ildə yaxşı işlədiyinə görə "Əmək veteranı" ordeni ilə təltif olunmuşdur. 1977-ci ildən "Riyaziyyatdan şifahi vurma qaydaları" əsəri üzərində çalışmışdır. 1984-cü ildən, 1987-ci illərə qədər "Elm və həyat" jurnalında "Riyaziyyatdan şifahi vurma qaydaları" adlı silsilə məqalələri nəşr olunub. 1987-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji İnstitutun rəyi ilə "Maarif " nəşriyyatı tərəfindən "Riyaziyyatdan şifahi vurma qaydaları" (Şagirdlər üçün vəsait) adlı kitabı 10000 min tirajl nəşr olunub. 1992-ci ildən ömrünün sonuna qədər Yeni Azərbaycan Partiyasının üzvü olub. Xətai rayon təşkilatının fəallarından olmuşdur. 2002-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji İnstitutun rəyi ilə "İtisad Universitetinin" nəşriyyatı tərəfindn "Riyaziyyatdan şifahi vurma qaydaları" kitabı nəşr olunmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

1963-cü ildə Şirinova (İsmayılova) Dürrü Abdulla qızı ilə ailə qurur. Bu izdivacdan yeddi övladı: 4-oğlu; Nofəl, Namiq, Natiq Şirinov, Nazim və 3-qızı Rübabə, Südabə, Təranə olur. [1] 1966-cı ildə Bakiya qayıdır və “Bakıtunel" tikinti idarəsində işləyir. 2002-ci il 8-dekabırda üzun sürən xəstəlikdən sonra vəfat etmiş, Bakı şəhər qəbristanlığında dəfn olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Övladı haqqında". 25.07.2013.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

https://www.youtube.com/watch?v=zuX9Z4weN58