Baxşıyev Bahadur Ələkbər oğlu — rentgenoloq-radioloq, respublika üzrə baş mütəxəssis, ATU-nun rentgenologiya kafedrasının müdiri, professor. "Azərbaycanın əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.
Bahadur Baxşıyev | |
---|---|
Baxşıyev Bahadur Ələkbər oğlu | |
Elm sahələri | rentgenoqrafiya[d], radiologiya |
Elmi dərəcəsi | |
Təhsili |
|
Mükafatları |
|
Baxşıyev Bahadur Ələkbər oğlu 1955-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, Ordubad şəhər xəstəxanasında rentgenoloq və poliklinika müdiri vəzifəsində çalışmişdır. O dövrdə Azərbaycan Respublikasında Rentgenologiya və Radiologiya sahəsində yüksək mütəxəssislər olmadığından B. Ə. Baxşıyev 1960-cı ildə Moskvanın elmi tədqiqat Rentgen və Radiologiya İnstitutuna ezam edilmişdir. O, Moskvanın Rentgen və Radiologiya İnstitutunda 1962-ci ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru alimlik adına layiq görülmüşdür. O, Azərbaycan Respublikasına Rentgenologiya və Radiologiya sahəsində tibb elmlər doktoru adına layiq görülən ilk azərbaycanlı alimdir. O, 1969–1973-cü illərdə ATU-nun I müalicə profilaktika fakultəsinin dekanı vəzifəsində çalışmışdır. 1983–1989-cu illərdə ikinci dəfə həmin fakultənin dekanı vəzifəsinə layiq görülmüşdür. B. Ə. Baxşıyev 300 elmi əsərin, 15 ixtiranın və səmərələşdirici təklifin, 13 monoqrafiya və dərsliyin müəllifidir. İlk dəfə Azərbaycan dilində Rentgenologiya və Radiologiya üzrə dərslik professor B. Baxşıyev tərəfindən 1976-cı ildə yazılmışdır. Onun rəhbərliyi altında 10-a qədər namizədlik dissertasiyası müdafiə edilmişdir. Hazırda onun rəhbərliyi altında 2 doktorluq və 6 namizədlik dissertasiya elmi işləri uğurla davam etdirilir. O, Azərbaycan və Türkiyə Radiologiya cəmiyyətinin, keçmiş Sovetlər İttifaqının "Ümumittifaq Rentgenologiya və Radiologiya" cəmiyyətinin, "Medisinskaya Radiologiya" jurnalının (Moskva), "Saglamlıq" jurnalının (Bakı) redaksiya şurasının üzvü, hazırda "Azərbaycan Tibb Jurnalı"nın (Bakı) redaksiya heyətinin üzvüdür. 1970-ci ildən bu vaxta qədər ATU-nun Böyuk Elmi Şurasının və II müalicə profilaktika fakultəsinin Elmi Şurasının, ATU-nun Problem Komissiyasının, Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindəki Dissertasiya Şurasının üzvü, Azərbaycan Respublikasının Baş Rentgenoloqu və Radioloqudur.
Elm xadimi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |