Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mirzə Nəsrullah Bahar — Şamaxılı şair.[3]
Bahar Şirvani[1] | |
---|---|
Mirzə Nəsrullah Əbülqasım oğlu Bahar Şirvani [2] | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Bahar Şirvani Vikimənbədə |
Azərbaycan şairlərinin tarixinə az-çox bələdiyyatı olanlara Baharın nami-möhtərəmi və kəlami-dilpəziri məlum olmamış deyil.
Necə ki, sabiqdə zikr olundu, Şamaxı şəhəri qəribə dahiyələrə gəhvareyi-tərbiyə olduğundan naşi bədiül-misal alimlər və şairləri və ədibi-fazilləri öz ağuşi-nazbəxşində bəsləyib ərseyi-dünyaya gətirmişdir. Qüdəmalarından ən bərgüzidə olanları Xaqani Şirvani, Sahib Şirvani, Ağaməsih və Nişat Şirvani və qeyriləri olduğu halda, mütəəxxirindən dəxi mərhum Mirzə Bahar Şirvani, Molla Qədir Şirvani, Bixud Şirvani, Seyid Əzim Şirvani və Sabir Şirvani Azərbaycanın ən mötəbər və məşhur şairləri hesab olunur.
Mirzə Nəsrullah Bahar artıq tizfəhm, rəvan təbli, istedadlı bir şair imiş ki, kəmalatına layiqincə vaqif olmaq istəyənlər lazımdır ol ədibin türkcə və farsca və hətta fransızca vücuda gətirdiyi asari-nəfisəsini mütaliə edib, onun qüvveyi-fikriyyəsinə və ülüvvi-məratibi-xəyalına bələd olsunlar.
Bahari-namdar hicrətin 1251-ci ilində Şamaxı şəhərində təvəllüd etmişdir. Pədəri-möhtərəmi Hacı Əbülqasım silsileyi-tüccardan nəcib və alitəb bir şəxs imiş.
Bahar sinni-tüfuliyyətdə məktəbdə oxuduğu vaxt zəkavət və fətanətilə çoxlarını heyrətə salarmış və uşaqlıqdan şeir və qəzəl deməyə həvəsi varmış. Belə ki, farsca oxuduğu qəzəlləri türk dilinə nəzmə tərcümə edərmiş.
Cibilli fitrət və zəkavəti sayəsində Bahar az vaxtda çox məlumata dara olmuşdur. Fars, ərəb və türk dillərini kamalınca təhsil etmişdir. Müasiri mərhum Abdulla bəy Asi kimi Bahar dəxi laübali və laqeyd bir şəxs imiş ki, kefi istədiyi kimi azadə dolanıb, heç kəsin hökmü fərmanına itaət etməzmiş və övqatını eyşü işrətdə keçirərmiş. Onun bu gunə rindisifət dolanmağını dayısı xoşlamayıb və bir qədər ona pul verib və mayəmləkdən ixrac etdikdə şair bədahətən bu məzmunda bir qitə demişdir:
Buğda yedim çıxartdı cənnətdən. Beş-on tümən nədir mənim karıma,
Şükri-xuda qurtardım minnətdən.Dayısından aldığı məbləği bir az müddətin zərfində kənarda xərcləyib, şəhərə müraciətində həməsri olan Molla Qədir Naci Şirvani ilə görüşdükdə bu beyti bədahətən demişdir:
Baharın bədihəguluqda binəzir bir şair olduğu müxəmməsi-məşhuri-atisindən aşikarən məlum olur.
Cəhalət və təəssübün, ələlxüsus, təəssübi-cahilanənin düşməni olub, onun kökünü və rişəsini qazıb çıxartmaq üçün məhafilü məcalisdə məqalələr və gözəl nitqlər deməkdən əsla çəkinməzmiş. Məcalisdə sözlərinin haqq olmasını şafi dəlillər vasitəsilə sübuta yetirərmiş. Belə ki, bir kərə bir məclisdə mövhumat və əsatiri-əvvəlin babında mübahisəyə girişdiyi vaxt tərəfi-müqabilə söz anlatmaq üçün bir misal gətirmişdir. Belə ki, deyibdir: "Əfəndilər! İndi mən bu divara bir inək şəkli çəkərəm və o inəkdən sizin üçün süd sağaram". Müstəmein iştiyaqi-tamam ilə israr etmişlər ki: "Cənab mirzə, lütfən mərhəmət edin, bir baxıb seyr edəlim". Bahar cavabında demiş ki: "Bəli, əfəndilər, sizlər mötəqid olduğunuz mövhumatın əksəri bu qəbildəndir. Bunca təfəkkür və təəqqül etmirsiniz ki, divara çəkilmiş inək şəklindən süd sağmaq məhal və qeyri mümkündür. Bu payədə sadəlövhlükdən süd tələb edirsiniz".
Necə ki, zikr olundu, mərhum Bahar müasiri Abdulla bəy Asi və Seyid Şirvani kimi badəpərəst olub, çox açıq və xövfsüz meyi-nabı tərif qılarmış və bəzi vaxt Şeyx Xəyyam kimi onun tərifində əndazədən keçərmiş. Necə ki, bir məclisdə münasibətən bu beyti oxumuşdur:
[2] Tərcüməsi:
Əhli-məclis bunu eşidib küllən əleyhinə qiyam edib, onu tənü lən etməkdən çəkinməmişlər. Təkfirinə üləmadan dəxi hökm olunmuşdur. Əlhəqq, Baharın bu halı biçarə Abdulla bəyin halına çox müvafiq gəlir. Hər iki şair ziyadə xoştəb və şirinkəlam və nəcib və xoşxülq olduqları halda əsiri-badeyi-gülfam və şərabi-bədfərcam olub, abru və hörmətlərini itirib, təbi-rəvanpərvərlərini boş şeylərin üstünə sərf etmişlər.
Yuxarıda zikr olunan vəqədən sonra mərhum Mirzə Nəsrullah Şirvanda artıq iqamət edə bilməyib, tərki-şəhru diyar edib İrana müsafirət etmişdir və Tehranda Nəsrəddin şaha bir qəsideyi-qərra təqdim etmiş.
Məşhur rəvayətə görə, Mirzə Bahar 1295-ci sənədə Tehrandan Təbrizə əzimət qılmışdır və burada təəhhül ixtiyar edib sakin olmuşdur. O vaxtlarda Təbrizdə iqamət edən ingilis səfiri ilə tanış olub, səfir şairin elmü kamalını və əxlaqi-həsənəsini görüb onunla səmimi dost olmuşdur. Tarixi-hicriyyənin 1300-cü ilində ki, miladın 1883-cü sənəsinə mütabiqdir, aləmi-bəqaya rehlət edib və "Məqbərətüşşüəra"da vətəndaşı Xaqaninin həmsayəliyində dəfn olunmuşdur….
Vəfatından sonra rəfiqi olan ingilis səfiri mərhumun türkcə, farsca və fransızca olan təranələrini və əsərlərindən bəzini əmanət təriqi ilə almış ki, London şəhərində təb etdirsin, vəli tabəhal ondan bir xəbər və nişanə yoxdur. Ancaq mərhum Baharın tərcümeyi-halına dair məlumatı möhtərəm Hacı Səfdər Şirvani cəmləşdirib lütf üzü ilə bizə göndərmişdir. Ol cənabın yazmağı ilə şairin əlhal əldə olan əsərlərindən məşhuru bunlardır: türkcə — "Qəzəliyyat"ı, farsca — "Divani-qəsaidü qəzəliyyat"ı və "Töhfətül-İraqeyn" adlı məsnəvisi və "Nərgis və gül" adlı bir kitabı vardır ki, heç biri hala təb olunmamışdır. Bu əsərlərin heç birisi bizim nəzərimizə çatmayıbdır. Ancaq bir neçə qəzəliyyat fars lisanında bizə Ağaəli bəy Əfəndiyev "Naseh" təxəllüs göndəribdir ki, çap olunur.
Əgər fars ədiblərinin ən məşhur və kamili bu qəzəllərdən hər birini mütaliə edib diqqət yetirə, anladığımıza görə, yenə də təşxis edə bilməz ki, bunlar türk oğlunun kəlamıdır. Bundan məlum olur ki, mərhum Bahar fars dilinin şivəsinə və üsuli-inşasına bir dərəcədə bələd imiş ki, onu öz ana dili kimi bilirmiş.
Baharın bu qəzəlləri müasiri olan Qaaninin və sair məşhur fars şairlərinin kəlamına bənzəyir. Xaqani Şirvaninin səfəhati-İranda o qədər adı və şöhrəti yoxdur, nə qədər ki, Baharın namü nişanı və ehtiramı ziyaddır.
Farslar özləri iqrarü etiraf edirlər və Xaqaninin şerlərini oxuduqda deyirlər: "Buye-tork miayəd"[11]. Və lakin Baharın kəlamına o qəbil isnadat verilmir.
[11] Tərcüməsi: Türk ətri gəlir.
Cinas, eyham, təşbihat və istiarat istemalında Bahar mərhum Qaaniyə bərabər imiş. Bu qövlümüzün təsdiqi üçün axırıncı qəzəldən bir neçə beytlərin tərcüməsini burada gətirməyi lazım gördük: Günəş doğub asiman üzrə tülu etdikdə ulduzların cilvəsi pozulub, nəzərə gəlmədiyi kimi, şərabi-gülfam dəxi məclisə gəldikdə təsbeh tarları gözdən düşüb məhvü nabud olur. Sənin nurani üzünü gördükdə gözlərimdən yaş axmağı təəccübünə gəlməsin, zira ki, günəşə hər kəs baxsa, gözlərindən su axar. Sənin müəttər və uzun saçının qissəsini şərh etdikdə gecələr sabaha kimi yatmadığım ondandır ki, hekayət tul çəkdikdə gözdən yuxu gedər. Mənim ağlamağımdan onun lələ bənzər dodaqları xəndə edib gül kimi açılır, yəni mən ağladıqca nigarım gülür. Bəli, bunda təəccüb yoxdur, həmişə göy üzündə bulud ağlayanda çəməndə gül xəndə edir və hakəza.
Mərhum Baharın türk lisanında yazdığı başqa kəlamlarından, məəttəəssüf, ələ gətirə bilmədik. Onların vasitəsilə şairin qədrü qiyməti və dərəceyi-kəmalü təbi-şeriyyəsi daha da artıq təhqiq və təyin olunardı. </poem>