Hicri-qəməri təqvim

Hicri-qəməri təqvim(İrandaƏfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri).

Təqvim
Təqvim haqqında
Təqvim
tipi

Günəş, Ay, Ay-Günəş

Təqvim dövrü Uzun illərin
daxil edilməsi

Digər təqvimlər
Armelin · Assuriya · Astek · Benqal · Berber · Bəhai · Budda · Babil · Bizans · Vyetnam · Gilburd · Hind · Holosen · Qafqaz Albaniyası · Qriqori · Gürcü · Qədim yunan · Qədim Misir · Qədim hind · Qibti · Qədim Çin · Qədim fars · Qədim slavyan · Yəhudi · Zərdüşt · Hindistan · İnk · Hicri-qəməri ·Hicri-şəmsi · İrland · Çin · Kont · Malay · Mayya · Nepal · Yuli · Roma · Rumi · Simmetrik · Tamil · Tay Günəş · Tibet · Üçmövsümlü · Türkmən · Universal · Fransız · Xanaane · Xani · Çuçxe · İsveç · Şumer · Efiopiya · Yava · Yapon

Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir.

Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi:

إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ

(Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).[1].

Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır. Bu era ilk olaraq Məhəmməd peyğəmbərin ölümündən 5 il sonra – 637-ci ildə, Xilafətdə rəsmən illərin nömrələnməsi üçün qəbul olunmuşdur.

1925-ci ildə İranda rəsmən Hicri-şəmsi təqviminə keçilməsindən sonra, İranda, ƏfqanıstandaAzərbaycanda Hicri təqvim daha çox "Hicri-qəməri təqvim" adlanmağa başladı. Hicri-qəməri təqvimimdə göstərilən tarix internetin meydana çıxmasına qədər tam dəqiqliyi ilə yalnız mürəkkəb yollarla – sinxron cədvəllər vasitəsilə, Qriqori təqviminə çevrilə bilərdi. Hal-hazırda isə internetdəki bəzi saytlar vasitəsilə bu əməliyyatı çox asanlıqla icra etmək mümkündür.

Hicri-qəməri təqvimdəki ayların adı

[redaktə | mənbəni redaktə et]
Ay Azərbaycanca İngiliscə Ərəbcə Gün Müxtəsər
Birinci ay Məhərrəm Muharram ul Haram محرم 30 M
İkinci ay Səfər Safar ul Muzaffar صفر 29 S
Üçüncü ay Rəbiuləvvəl Rabi' al-awwal ربيع الأول 30 Ra
Dördüncü ay Rəbiulaxır Rabi' al-thani ربيع الثاني 29 R
Beşinci ay Cəmadiyələvvəl Jumada al-awwal جمادى الأولى 30 Ca
Altıncı ay Cəmadiyəlaxır Jumada al-thani جمادى الثانية 29 C
Yeddinci ay Rəcəb Rajab رجب 30 B
Səkkizinci ay Şaban Sha'aban شعبان 29 Ş
Doqquzuncu ay Ramazan Ramadan رمضان 30 N
Onuncu ay Şəvval Shawwal شوال 29 L
Onbirinci ay Zilqədə Dhū al-Qaʿda ذو القعدة 30 Za
Onikinci ay Zilhiccə Dhū al-Hijjah ذو الحجة 29 ya da 30 Z

Həftənin günlərinin adları

[redaktə | mənbəni redaktə et]
gün Ərəbcə Azərbaycanca Farsca
1 يوم الأحد yəvmu-l əhəd Bazar یکشنبه Yekşənbe
2 يوم الإثنين yəvmu-l isnəyn Bazar ertəsi دوشنبه Doşənbe
3 يوم الثُّلَاثاء yəvmu-l sulasə Çərşənbə axşamı سه شنبه Seşənbe
4 يوم الأَرْبِعاء yəvmu-l ərbəə Çərşənbə چهارشنبه Çəharşənbe
5 يوم الخَمِيس yəvmu-l həmis Cümə axşamı, yaxud Adna پنجشنبه Pəncşənbe
6 يوم الجُمُعَة yəvmu-l cumuə Cümə جمعه Come və ya آدينه Adine
7 يوم السَّبْت yəvmu-s səbt Şənbə شنبه Şənbe


  1. Quran, Tövbə surəsi, 36-cı ayə.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]