Bahoz Ərdal (türk. Bahoz Erdal), həmçinin Fəhman Hüseyn (kürd. Fehman Hûseyn فەهمان حوسێن;[2] 3 avqust 1969[1], Suriya) — kürd hərbi xadimi. O, Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək komandiridir və əslən Suriyanın Əl-Malikiyyə şəhərindəndir.[3][4]
Bahoz Ərdal | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 avqust 1969[1] (55 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
|
Türkiyənin rəsmi dövlət xəbər agentliyi "Anadolu Agentliyi" və "Daily Sabah"ın verdiyi məlumata görə, Bahoz Ərdal 8 iyul 2016-cı ildə Suriyada öldürülmüşdür. Təl-Hamis Briqadaları adlı rejim əleyhdarı silahlı qruplaşmanın sözçüsü Xalid əl-Həsəkəvi adlı şəxs "Anadolu Agentliyi" müxbirinə bildirmişdir ki, Hüseyn Suriyanın şimalında yerləşən Qamışlı şəhəri yaxınlığında hədəfə alınmışdır. O, 8 iyulda, saat 8:30-da Hüseynin avtomobilinin partladıldığını, mühafizəçiləri də daxil olmaqla 8 nəfərin öldürüldüyünü iddia etmişdir.[5][6] 12 iyulda "Yeni Şafak" qəzeti bu xəbərin mənbəyi kimi Türkiyənin MİT kəşfiyyat xidmətinə istinadən xəbər yaymışdır.[7]
PKK bu iddianı təkzib etmiş[8][9] və Ərdal 13 iyulda özü radioya müsahibə vermişdir.[10][11] O, 2017-ci ilin aprel ayında bir videoda görünmüşdür. Ərdal burada 2017-ci il Türkiyə konstitusiya referendumu ilə bağlı Türkiyə vətəndaşlarına müraciət etmişdir.[12]