Bakı-Aktau bərə yolu — Xəzər dənizinin Bakı və Aktau portları arasında dəniz yolu. 1970-ci illərdə neft daşımaları ilə fəaliyyətə başlamışdır. Bu yol ilə ildə 6–6,5 mln. ton neft Qazaxıstandan Bakıya daşınırdı. Uzunluğu 470 km-dir. 2001-ci ilin sentyabrında yenidən bərpa olunmuş dəmir yolu variantı Bakı–Aaktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. yüklər, həmçinin sərnişin daşımaları yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Yük-sərnişin bərələrinə 28 dəmir yolu vaqonu və ya sisterni, uzunluğu 20 m-ə -dək olan avtoqatarlar və s. yükləmək mümkündür. Sərnişinlər üçün həm kayutlar, həm də oturacaqlar vardır. Gəmi bərələr portlar arasındakı məsafəni 24 saata qət edir.
Bakı-Aktau-Bakı | |
---|---|
Ölkələr | |
Şəhərlər | |
Uzunluğu | 470 km |
Başlayır | Bakı |
Bitir | Aktau |
Tikilmə tarixi | 1980-ci illər |
Vəziyyəti | İşlək |
Bakı-Aktau bərə yolu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 80. ISBN 978-9952-441-07-9.