Bakı Fəlsəfə Akademiyası — Azərbaycanda düşüncə platforması. Məzmunu fəlsəfə, incəsənət, humanitar elmlər və bir çox digər sahədə yazı, video material, məqalə, tərcümə və bloqdan ibarətdir.[1][2]
Bakı Fəlsəfə Akademiyası (BFA) | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | |
Tipi | düşüncə platforması |
Yaradılıb | 16 aprel 2020 |
Sayt | bakuphilosophy.com |
Bakı Fəlsəfə Akademiyası 16 aprel 2020-ci ildə bir qrup azərbaycanlı tədqiqatçı tərəfindən yaradılmışdır.[3] Akademiyanın qurucuları platformanın əsas məqsədinin Azərbaycan dilində fəlsəfə haqqında ədəbiyyat azlığının azaldılması istiqamətində işlər görmək olduğunu bildirmişdir. Platforma çərçivəsində müxtəlif məqalə tərcümələrinə, bloq və müəllif yazılara yer verilmişdir. Bu günə qədər akademiya tərəfindən altı kitab yayımlanmışdır. Akademiya kitabları tam təmənnasız və ödənişsiz şəkildə oxuculara təqdim edir.[4] Bakı Fəlsəfə Akademiyası həmçinin, xüsusi animasiya videoların səsləndirilməsini həyata keçirir. 2021-ci ilin aprelinə olan məlumata görə, akademiya tərəfindən 40-a qədər belə video Azərbaycan dilində tərcümə edilmiş və səsləndirilmişdir. Platforma sosial şəbəkələrdə hər həftə xüsusi canlı yayım proqramlar, vebinar və təlimlər təşkil edir[5][6], bura bir sıra tanınmış şəxsləri, o cümlədən xarici fəlsəfəçiləri də bu layihələrə dəvət edilir.[3] Akademiyanın şüarı "hər kəs üçün fəlsəfə"dir.[7]