Bakı Kitab Sərgisi

Bakı Kitab Sərgisi (ing. Baku Book Fair) və ya Bakı Kitab Yarmarkası – hər ilin payızında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən beynəlxalq kitab sərgisi. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutur. İndiyə kimi 8 dəfə keçirilib. COVID-19 pandemiyasından əvvəl hər iki ildən bir keçirilsə də, 2021-ci ildə hər il keçirilməsi qərara alınmışdır.[1]

Bakı Kitab Sərgisi
ing. Baku Book Fair
Loqonun şəkli
Status aktiv
Janr kitab
Tezliyi hər ilin payızında
Yer Bakı
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 2009
Ən sonuncu 6-10 oktyabr, 2021
Növbəti 5-9 oktyabr, 2022
Təşkilatçı Azərbaycan Mədəniyyət Nazirliyi Caspian Event Organisers
Qeydiyyat var
bakubookfair.az/az-main/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məqsəd[redaktə | mənbəni redaktə et]

Kitab sərgisinin məqsədi kitab və mütaliəni təbliğ edib populyarlaşdırmaq, ziyarətçiləri həm Azərbaycan, həm də xarici nəşriyyatların məhsulları ilə tanış etmək, nəşriyyat işini dəstəkləmək, nəşriyyatları əməkdaşlıq üçün kitab mağazaları ilə tanış etmək, rəqəmsal dövrdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsini həyata keçirməkdir.[2]

Tədbirlər[redaktə | mənbəni redaktə et]

I Bakı Kitab Sərgisi 10-12 sentyabr 2009-cu ildə Muzey Mərkəzində təşkil olunmuşdur. Tədbirdə 60 yerli, 30 xarici nümayəndə iştirak etmişdir.[3]

II Bakı Kitab Sərgisi 28-30 sentyabr 2011-ci ildə Bakı İdman Sarayında keçirilmişdir. Sərgidə 100-dən çox yerli, 20-dən çox xarici nəşriyyat iştirak etmişdir.[4]

III Bakı Kitab Sərgisi 23-25 sentyabr 2013-cü ildə açıq havada baş tutmuş və sərgiyə 25 ölkədən 120-yə yaxın nəşriyyat qatılmışdır.[5]

IV Bakı Kitab Sərgisi 16-18 sentyabr 2015-ci ildə Bakı İdman Sarayında keçirilmiş və sərgidə 120 nəşriyyat iştirak etmişdir.[6]

V Bakı Kitab Sərgisi 28-30 sentyabr 2017-ci ildə Bakı İdman Sarayında baş tutmuşdur.[7]

VI Bakı Kitab Sərgisi 27-29 sentyabr 2019-cu ildə Bakı İdman Sarayında keçirilmiş və İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdur. Sərgidə 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri iştirak etmişdir.[8]

VII Bakı Kitab sərgisi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub və 6-10 oktyabr 2021-ci ildə Bakı Ekspo Mərkəzində baş tutmuşdur. Sərgidə 13 ölkədən 165 müəssisə iştirak etmişdir.[9]

VIII Bakı Kitab sərgisi 5-9 Oktyabr 2022-ci ildə Bakı Ekspo Mərkəzində keçirilmişdir. Sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak etmişdir

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb". AzVision. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2021.
  2. "VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası "Baku International Book Fair 2021" keçiriləcək". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi (azərbaycan). 23 sentyabr 2021. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2021.
  3. "I Bakı kitab sərgi-yarmarkası". CityLife. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2021.
  4. "II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir- FOTOSESSİYA". Sia.az. 2021-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2021.
  5. "III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının açılışı olub - FOTOSESSİYA - VİDEO". APA. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2021.
  6. ""IV Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası"nın vaxtı açıqlanıb". Report.az. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2021.
  7. "V Bakı Beynəlxalq kitab sərgisi". Hədəf Kursları. 2021-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2021.
  8. "Bakıda Beynəlxalq Kitab Yarmarkası başlayır..." Manera.az. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2021.
  9. "Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası hər il keçiriləcək". Azadaz. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]