Bakı Marionet Teatrı

Bakı Marionet TeatrıBakıda teatr.

Bakı Marionet Teatrı
Ümumi məlumatlar
Əsası qoyulub 1980
Teatr binası
Açılıb 1988
Heyət
Bədii rəhbər Tərlan Qorçu
Yerləşməsi
Ölkə
Yerləşir Bakı, Azərbaycan
Ünvan Müslüm Maqomayev küç. 20
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Teatrın tarixi

[redaktə | mənbəni redaktə et]

1980-ci illərin ortalarında gənc rejissor və rəssam Tərlan Qorçu Bakıda marionet teatrı yaratmaq ideyasını həyata keçirməyə başladı. Teatr 1988-ci il aprelin 20-də rəsmən təsis olunaraq Azərbaycan Teatr Xadimləri İttifaqı nəzdində fəaliyyət göstərməyə başladı.

Teatrın ilk tamaşası Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının marionet quruluşu oldu. Onun premyerası 1990-cı ildə Fransada baş tutdu. Fransa mətbuatı coşqunluqla yazırdı: "Marionetlər hər şeyə qadirdir!", "Ləzzətin daha iki axşamı!". Odur ki, və tamaşaçıların istəyini nəzərə alaraq, "Arşın mal alan"ın əlavə nümayişləri keçirildi…

1993-cü ildə Marionet teatrı Bakı bələdiyyəsinin nəzdinə keçirildi, 2013-cü ildən isə "İçərişəhər" Baş İdarəsinin strukturuna daxil edildi. Daha əlverişli şəraitdə teatrın komandası öz səylərini "Leyli və Məcnun" tamaşasının quruluşuna yönəldə bilmişdi, 2016-cı ildə isə Marionet teatrının tarixində ilk dəfə truppaya artıq öz səhnəsində çıxış etmək imkanı verildi.

Teatrın məramı Üzeyir Hacıbəylinin yaradıcı irsini təbliğ etməkdən ibarətdir. Teatrın bədii rəhbəri Tərlan Qorçudur.

Teatrın məramı

[redaktə | mənbəni redaktə et]

Əgər Azərbaycana səfəriniz qısamüddətli, mədəni proqramınıza ayrılmış vaxt isə məhduddur, Marionet teatrını ziyarət etmək fürsətini qaçırmayın. Bu məkanda siz Azərbaycan xalqının zəngin mədəni irsinin ən müxtəlif sahələrini bir arada görəcək, poeziya və musiqi, memarlıq, milli geyim, naxış və rəqslərimiz barədə dolğun təsəvvür alacaqsınız.

Burada müasirlik tarixlə ayaqlaşır, klassik irs modern axtarışlarla uzlaşır, ənənələr yeniliklərə qovuşur, Şərq ilə Qərb birləşirlər… Deyilənlər həm teatrın binasına, həm də teatrın həyatında yaxından iştirak edən insanlara aiddir.

Üzeyir Hacıbəylinin yaradıcılıq irsi Marionet teatrının repertuar siyasətini təşkil edir. Bu yanaşma teatrın yaradıcısı və bədii rəhbəri Tərlan Qorçunun konseptual ideyasından irəli gəlir. Hal-hazırda teatrın səhnəsində Üzeyir bəyin iki əsəri əsasında səhnələşdirilmiş tamaşa göstərilir: "Arşın mal alan" (1913/1990) operettası və "Leyli və Məcnun" (1908/2016) operası.[1] Eyni zamanda, bəstəkarın yaradıcılıq irsini təbliğ edən yeni marionet tamaşaları üzərində də iş gedir.

Üzeyir musiqisinin qüdrəti teatrın hər bir marionet kuklasında, dekorasiyalarda, aktyorlarımızın ifaçılıq tərzində öz əksini tapmışdır. Məhz bunun sayəsindədir ki, teatrın tamaşaları, dilindən və yaşından asılı olmayaraq hər bir kəs üçün anlaşıqlı və maraqlıdır. Fransa, Almaniya, ABŞ, Rusiya, Polşa, İsveçrə kimi ölkələrdə uğurla keçmiş çıxışlar teatrın beynəlxalq qastrol xəritəsində layiqli yer tutur.

  1. İctimai TV. "10 000 dollara hazırlanan kuklalar" (az.). Youtube.com. 07.05.2024. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]