Bakı Qulaqları (Kərkəs dağı)

Bakı qulaqları (Kərkəs dağı)Puta burnundan 8,5 km qərb, şimal-qərbdə yerləşən iki yüksəklikdən ibarət dağ.

Bakı qulaqları (Kərkəs dağı)
Bakı qulaqları (Kərkəs dağı)
Ümumi məlumatlar
Dağ sistemi Qafqaz
Yerləşməsi
40°17′44″ şm. e. 49°37′36″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Bakı qulaqları (Kərkəs dağı) xəritədə
Bakı qulaqları (Kərkəs dağı)
Bakı qulaqları (Kərkəs dağı)

Bakı qulaqlarının iki zirvəsi var: Taxtalıq və Kərkəs.

Lakin çox vaxt ya Bakı Qulaqları, yaxud da Kərkəs dağı kimi adlanır.

Kərkəs yüksəkliyi
Kərkəs yüksəkliyi

Cənub yüksəkliyi Taxtalıq adlanır və 412 (384) metr hündürlüyə malikdir.

Şimal yüksəkliyi isə Kərkəs adlanır və 424 (396) metr hündürlüyə malikdir.

Bakı Qulaqları Abşeron yarımadasının ən yüksək zirvələrindən olduğundan ərazinin bütün yerlərindən görünən təbii mayaka bənzəyir.

Ərazinin bitki örtüyü doqquzdon kolu, çoxmeyvəli ardıc, murdarça, kəklikotu, salxımçiçək dovşanalması, gəvən və digər bitkilərdən ibarətdir.

Taxtalıq yüksəkliyi
Taxtalıq yüksəkliyi

Ərazinin faunası isə dovşan, tülkü, kərtənkələ, şonqar quşu, çobanaldadan quşu və digər heyvanlardan ibarətdir.

Bakı qulaqları ətəyində hər biri 10-20 santimetr qalınlığında olan qəhvəyi rəngli əlavələrlə 7-8 ağ təbəqə yaranır. Əvvəllər geoloqlar bu ağ qatları adi qum, yaxud da əhəngdaşı olaraq qəbul edirdilər. Lakin bu quma lupa altında xeyli böyüdülmüş formada baxıldıqda məlum oldu ki, qum zərrəcikləri vulkanik sahələrdə yaranan ağappaq dənəciklərdən ibarətdir.[1]

"Bakı qulaqları" xatirələrdə

[redaktə | mənbəni redaktə et]

Bakı qulaqları barədə Qılman İlkin “Köhnə Bakını tanıyırsanmı” əsərində belə yazır:

" Əgər siz Lənkəran və Salyan tərəfdən Bakıya yaxınlaşanda fikir vermisinizsə, Puta körfəzindən qərbdə iki dağ zirvəsi nəzərinizi cəlb edəcəkdir. Bu zirvələr dəniz səthindən təxminən 1395 fut - yəni təxminən 400 metr hündürdədirlər. Bu zirvələr Bakının qulaqları adlanır.[2] "

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Maksimoviç Q.A., Maksimoviç N.A. Keçmişin şahidləri: Daşlar nə barədə danışır. M. 1955, s.28 (rusca)
  2. Qılman İlkin. Köhnə Bakını tanıyırsanmı. 2-ci nəşri. Bakı, Şirvannəşr, 2004, səh 28 (elektron variant)