Bakı döyüşür qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1944-cü ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə müharibənin ilk günlərindən mədənlərdə, zavod və fabriklərdə gecəni gündüzə qataraq işləyən əmək adamlarının fədakarlığından, arxa cəbhədə göstərdikləri əsl hünərdən, Bakının ətrafında düşmən tanklarının hücumunun qarşısını almaq üçün müdafiə istehkamlarının qurulmasından, cəbhəni neft və digər yanacaq məhsulları ilə təmin edən şəhərin havadan və dənizdən qəhrəmancasına müdafiəsindən bəhs olunur.
Bakı döyüşür | |
---|---|
Fayl:Bakı döyüşür (film, 1944).jpg | |
Janr |
sənədli qısametrajlı |
Rejissor | Muxtar Dadaşov |
Ssenari müəllifi | Muxtar Dadaşov |
Operator | Muxtar Dadaşov |
Bəstəkar | Tofiq Quliyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1944 |
Filmin digər adı | İş başında |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1944 |
Texniki məlumatlar |
2 hissə 433 metr |
Rəng | ağ-qara |
II Dünya müharibəsi illərində ümumi bir şüar var idi: "Hər Şey Cəbhə üçün, Hər Şey Qələbə Naminə!". Filmdə bu şüar altında müharibənin ilk günlərindən mədənlərdə, zavod və fabriklərdə gecəni gündüzə qataraq işləyən əmək adamlarının fədakarlığından, arxa cəbhədə göstərdikləri əsl hünərdən, Bakının ətrafında düşmən tanklarının hücumunun qarşısını almaq üçün müdafiə istehkamlarının qurulmasından, cəbhəni neft və digər yanacaq məhsulları ilə təmin edən şəhərin havadan və dənizdən qəhrəmancasına müdafiəsindən bəhs olunur.[1]
Ssenari müəllifi: Muxtar Dadaşov
Rejissor: Muxtar Dadaşov
Operator: Muxtar Dadaşov
Bəstəkar: Tofiq Quliyev
Azərbaycan filmlərinin siyahısı
1944-cü ilin Azərbaycan filmləri
1940-cı illər Azərbaycan filmlərinin siyahısı