Muxtar Baba oğlu Dadaşov (11 sentyabr 1913, Bakı – 7 may 1998, Bakı) — Azərbaycan rejissoru, kinooperator, ssenarist, Azərbaycan SSR xalq artisti (1976), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980).[1]
Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olmuşdur.[2] 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada da bir sıra filmlərin çəklişində iştirak edir.
7 may 1998-ci ildə vəfat etmişdir.[2]
Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxmış, dörd il sonra C. Cabbarlının "Sevil" pyesinin ilk tamaşasında Gündüzü oynamışdır.[3] 1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır.[2]
1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir.[2]
Moskvada təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır.[2]
Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur. Əksər filmlərində həm də ssenari müəllifi kimi çıxış etmişdir. Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilir. Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə almışdır. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilmişdir.[2]
Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. "Sovet Azərbaycanı", "Sovet Azərbaycanının 50 illiyi", "Arazın o tayında", "Sabir", "Kür", "Səadət yolu ilə" və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub.[2]
Quruluşçu rejissor kimi isə debütü "Qanun naminə" bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazır.[2]
Muxtar Dadaşovun "Bakıda küləklər əsir" filmi müharibə mövzusunda çəkilən dəyərli ekran əsərlərindəndir. O, müharibə mövzusunda hələ 1943-cü ildə "Bakı döyüşür" adlı sənədli film çəkmişdi.[2]
O həm də araşdırıcı rejissor olub. Çəkdiyi tarixi filmlər üçün zəngin material toplayar, sonra onları lentə alardı. "Nəriman Nərimanov" sənədli filminin (1966) çəkilişi zamanı da belə olub. N. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapır. Sonra həmin kadrları filmdə canlandırır.[2]
Muxtar Dadaşov 50 ildən çox kinoya xidmət etmişdir.[2]
Muxtar Dadaşov 1977–1983-cü illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Sənədli Filmlər Birliyinin bədii rəhbəri vəzifəsində çalışmışdır.[3]
Operator assistenti kimi
Operator kimi
- Lökbatan (film, 1933) (qısametrajlı sənədli film)
- Neft simfoniyası (film, 1933) (qısametrajlı sənədli film)
- Rəqs edən bağalar (film, 1935) (qısametrajlı bədii film)
- Ordenli Azərbaycan (film, 1938) (tammetrajlı sənədli film)
- Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939) (qısametrajlı sənədli film)
- Kəndlilər (film, 1939) (tammetrajlı bədii film)
- Stalin adına Samur-Dəvəçi kanalı (film, 1939) (qısametrajlı sənədli film)
- Bakı hazırdır (film, 1940) (qısametrajlı sənədli film)
- Samur-Dəvəçi kanalı (film, 1940) (qısametrajlı sənədli film)
- Yeni horizont (film, 1940) (tammetrajlı bədii film)
- Vətən oğlu (film, 1941) (qısametrajlı bədii film)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943) (qısametrajlı sənədli film)
- Bakı döyüşür (film, 1944) (qısametrajlı sənədli film)
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944) (qısametrajlı sənədli film)
- Arşın mal alan (film, 1945) (tammetrajlı bədii film)
- Zəfər bayramı (film, 1945) (qısametrajlı sənədli film)
- Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) (qısametrajlı sənədli film)
- Topçubaşovun aparatı (film, 1946) (qısametrajlı sənədli film)
- Arazın o tayında (film, 1947) (tammetrajlı sənədli film)
- Axşam konserti (film, 1948) (qısametrajlı sənədli film)
- Azərbaycan qurur (film, 1948) (qısametrajlı sənədli film)
- Sovet Azərbaycanı (film, 1948) (tammetrajlı sənədli film)
- 25 il Leninsiz (film, 1949) (qısametrajlı sənədli film)
- Mingəçevir (film, 1949) (qısametrajlı sənədli film)
- Səhər nəğməsi (film, 1950) (qısametrajlı sənədli film)
- Sovet Azərbaycanı (film, 1950) (qısametrajlı sənədli film)
- Arazın sahillərində (film, 1953) (qısametrajlı sənədli film)
- Həyata keçmiş arzular (film, 1954) (qısametrajlı sənədli film)
- Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film)
- Doğma torpaq, Azərbaycan (film, 1960) (tammetrajlı sənədli film)
- Kür (film, 1963) (qısametrajlı sənədli film)
Rejissor kimi
- Samur-Dəvəçi kanalı (film, 1940) (qısametrajlı sənədli film)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943) (qısametrajlı sənədli film)
- Bakı döyüşür (film, 1944) (qısametrajlı sənədli film)
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944) (qısametrajlı sənədli film)
- Axşam konserti (film, 1948) (qısametrajlı sənədli film)
- Azərbaycan qurur (film, 1948) (qısametrajlı sənədli film)
- Mingəçevir (film, 1949) (qısametrajlı sənədli film)
- Səhər nəğməsi (film, 1950) (qısametrajlı sənədli film)
- Sovet Azərbaycanı (film, 1950) (qısametrajlı sənədli film)
- Budyonnı Bakıda (film, 1952) (qısametrajlı sənədli film)
- Arazın sahillərində (film, 1953) (qısametrajlı sənədli film)
- Həyata keçmiş arzular (film, 1954) (qısametrajlı sənədli film)
- Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film)
- "Ağ qızıl" ustaları (film, 1958) (tammetrajlı sənədli film)
- Bizim Azərbaycan (film, 1959) (tammetrajlı sənədli film)
- Doğma torpaq, Azərbaycan (film, 1960) (tammetrajlı sənədli film)
- Sabir (film, 1962) (qısametrajlı sənədli film)
- Kür (film, 1963) (qısametrajlı sənədli film)
- Əbədi qardaşıq (film, 1965) (tammetrajlı sənədli film)
- Nəriman Nərimanov (film, 1966) (qısametrajlı sənədli film)
- Qanun naminə (film, 1968) (tammetrajlı bədii film)
- Sovet Azərbaycanının 50 illiyi (film, 1970) (tammetrajlı sənədli film)
- Respublikam haqqında həqiqət (film, 1972) (tammetrajlı sənədli film)
- Bakıda küləklər əsir (film, 1974) (tammetrajlı bədii film)
- Azərbaycan kinosunun 60 illiyi (film, 1976) (qısametrajlı sənədli film)
- L. İ. Brejnev Bakıda (film, 1979) (tammetrajlı sənədli film)
- Respublikaya üçüncü Lenin ordeni (film, 1983) (tammetrajlı sənədli film)
- Bakı-42 (film, 1985) (qısametrajlı sənədli film)
Ssenari müəllifi kimi
- Samur-Dəvəçi kanalı (film, 1940) (qısametrajlı sənədli film)
- Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943) (qısametrajlı sənədli film)
- Bakı döyüşür (film, 1944) (qısametrajlı sənədli film)
- Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (film, 1944) (qısametrajlı sənədli film)
- Azərbaycan qurur (film, 1948) (qısametrajlı sənədli film)
- Mingəçevir (film, 1949) (qısametrajlı sənədli film)
- Mingəçevir (film, 1950) (qısametrajlı sənədli film)
- Həyata keçmiş arzular (film, 1954) (qısametrajlı sənədli film)
- Səadət yolu ilə (film, 1956) (tammetrajlı sənədli film)
- "Ağ qızıl" ustaları (film, 1958) (tammetrajlı sənədli film)
- Bizim Azərbaycan (film, 1959) (tammetrajlı sənədli film)
- Doğma torpaq, Azərbaycan (film, 1960) (tammetrajlı sənədli film)
- Kür (film, 1963) (qısametrajlı sənədli film)
- Arşın mal alan (film, 1965) (tammetrajlı bədii film)
- Əbədi qardaşıq (film, 1965) (tammetrajlı sənədli film)
- Qanun naminə (film, 1968) (tammetrajlı bədii film)
- Sovet Azərbaycanının 50 illiyi (film, 1970) (tammetrajlı sənədli film)
- Respublikam haqqında həqiqət (film, 1972) (tammetrajlı sənədli film)
- Bakıda küləklər əsir (film, 1974) (tammetrajlı bədii film)
- Azərbaycan kinosunun 60 illiyi (film, 1976) (qısametrajlı sənədli film)
- L. İ. Brejnev Bakıda (film, 1979) (tammetrajlı sənədli film)
- Respublikaya üçüncü Lenin ordeni (film, 1983) (tammetrajlı sənədli film)
- Bakı-42 (film, 1985) (qısametrajlı sənədli film)
İkinci operator kimi
Haqqında çəkilən film
- Tofiq Tağızadə. "İllər və arzular" //Ədəbiyyat və incəsənət.- 1964.- 25 yanvar.
- M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941–1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126–129.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- "Cəbhə kinooperatorları". Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 91–95.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.