Bakı funikulyoru

Bakı funikulyoruAzərbaycanda yeganə funikulyor.

Bakı funikulyoru
Bakı funikulyoru
Bakı funikulyoru
İstismarı 5 may 1960
Sürəti 2,5 m/saniyə
Tətbiqi Sərnişindaşınma
İnfrastrukturu Elektrik şəbəkəsi, rels və kanat yolu

Tarixi[redaktə | mənbəni redaktə et]

Bakı funikulyoru 2020-ci ildə

Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-ci il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir.

Stansiyaları[redaktə | mənbəni redaktə et]

Qatarlarından biri (21 mart 2014).

2 stansiyası var: "Bəhram Gur""Şəhidlər Xiyabanı". Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.)[1]. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.

Təmiri[redaktə | mənbəni redaktə et]

Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir.

1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir[2]. Bakı funikulyoru 20012007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. 2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi. 2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılmışdır[3]. 23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər[4].

Bakı funikulyorunun qatarı

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bakı funikulyorunun rəngi dəyişdirilir. Arxivləşdirilib 2011-08-28 at the Wayback Machine  (az.)
  2. Bakı Funikulyoru yenə də qəzalı vəziyyətdədir. Arxivləşdirilib 2021-04-20 at the Wayback Machine  (az.)
  3. Bakı funikulyoru yenidən qurulur. Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine  (az.)
  4. İlham Əliyev Bakı Funikulyorunun, Dənizkənarı Milli Parkda abadlıq işlərinin gedişi, Dövlət Bayrağı Meydanının yaxınlığında yeni iaşə obyektləri ilə tanış olmuşdur. president.az Arxivləşdirilib 2018-01-21 at the Wayback Machine  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]