Bakı qırğını (erm. Բաքվի ջարդեր, Bakvi jarder) və ya Bakı poqromu Azərbaycan SSR-də, Bakı şəhərinin etnik erməni sakinlərinə qarşı yönəldilmiş qırğın idi.[2][3] 1990-cı il yanvarın 12-də Bakıda erməni mülki əhaliyə qarşı 7 günlük qırğın başladı, ermənilər döyüldü, öldürüldü və şəhərdən qovuldu. Mənzillərə basqınlar, qarətlər və yanğınlar baş verdi. Human Rights Watch-un müxbiri Robert Kuşenin sözlərinə görə, "hücum edənlərdə, ermənilərin siyahıları və onların ünvanları olduğu üçün aksiya tamamilə (və ya bəlkə də heç) kortəbii olmayıb".[4] Bakı qırğını, Birinci Dağlıq Qarabağ müharibəsi kontekstində Dağlıq Qarabağ ermənilərinin Azərbaycandan ayrılıb Ermənistana birləşmək tələblərinə qarşı yönəlmiş etnik zorakılıq aktlarından biri idi.
Bakı qırğını | |
---|---|
Ümumi məlumatlar | |
Yeri | |
Ölü sayı |
|