Bakır torpaqlar layihəsi - Nikita Xruşşovun istəyi ilə 1954-cü ildə başladılan layihədir.[1]
Bu layihənin mahiyyəti Qazaxıstan Sovet Sosialist Repsublikasında və Altay bölgəsində olan heç vaxt əkilməmiş torpaqların təsərrüfata açılmasından ibarətdir.
Proqramın ilk ilində 190.000 km² torpaq və 1955-ci ildə isə 140.000 km²-dan çox torpaq əkin üçün hazır vəziyyətə gətirildi. Torpaqda işləmək üçün lazım olan insanların böyük bir qismi Sovet İttifaqının başqa hissələrindən gətirilirdi. Bu vəzifəni yerinə yetirmək Komsomola tapşırılmışdı.
300.000-dən çox insan,daha çox Ukraynalılar bu torpaqlarda kəndlilər olaraq yaşamağa başladılar. 100 minlərlə hərbçi,tələbə və texnika mütəxəsisləri də onlara qatılacaqdı. Bu torpaqlara kütləvi köçlər nəticəsində Qazaxıstanın bir çox yerində Ukraynalılar Qazaxlardan çox oldular.[2]
İlk məhsul 1956-cı ildə heyrətləndirici formada uğur göstərdi. O il Sovet İttifaqında 125 milyon ton buğda yığıldı. Bu tədarük edilən buğdanın yarısından çoxu bakir torpaqlardan toplanmışdı. Sovet İttifaqı bu illərdə qərbin istehsal etdiyi taxıldan iki dəfə çox taxıl tədarük edirdi. Lakin bu istehsal göstəriciləri bir də heç vaxt 1956-cı il səviyyəsinə qalxmadı.