Baker & McKenzie (azərb. Beyker və Makenzi) — 1949-cu ildə Çikaqoda hüquqşünaslar Rassel Beyker (ing. Russell Baker) və Con Makenzi (ing. John McKenzie) tərəfindən təsis edilmiş beynəlxalq hüquq şirkətidir. Şirkətin 47 ölkədə yerləşən 77 ofisində 4 100-dən artıq hüquqşünas çalışır.[1][2]
Baker McKenzie | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Özəl şirkət |
Sənaye | Hüquq |
Təsis tarixi | 1949 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 10 000 civarında |
Rəhbərlik | |
Rəhbərlik | Paul Roulinson (ing. Paul Rawlinson)(İcraiyyə Komitəsinin Sədri) |
bakermckenzie.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Transmilli qurum olduğundan, şirkətin fəaliyyəti yalnız ABŞ bazarında iştirakla məhdudlaşmır, hüquqşünasların 80%-dan çoxu ABŞ xaricində çalışır. 60 ölkədən və 75 dildə danışan hüquqşünas hazırda şirkətin əməkdaşıdır.
2016-cı ildə şirkətin dövriyyəsi 2,62 milyard ABŞ dolları təşkil etmişdir[3]. Firma hüquq şirkətləri arasında dövriyyəyə görə dünyada ən iri şirkət elan edilmişdir[4].