"Bakinski raboçi" (azərb-kiril. Бакински рабочи; əvvəlki adı "Ukrayna", azərb-kiril. Украјна) — Qırmızıbayraqlı Xəzər Donanmasının kanoner qayığı. 1907-ci ildə Baltik donanmasına daxil olmuş, 1918-ci ildə Baltik donanmasının buz səfərində iştirak etmişdir. 1919-cu ilin sentyabrında Vladimir Leninin gəstərişi ilə Həştərxana, 1920-ci ilin iyulunda isə Bakıya gəlmişdir. Gəmi sentyabrda XI Qızıl Ordunun 28-ci atıcı diviziyası ilə birlikdə Lənkəran qəzasında üsyançıların məğlub edilməsində iştirak etmişdir. 1921-ci ildə "Bakinski raboçi" adlandırılmışdır. "Bakinski raboçi" 1941–1944 illərdə Xəzərdə müxtəlif hərbi tapşırıqları yerinə yetirir, hərbi sursat, xalq təsərrüfatı malları və s. daşıyırdı.[1]