Bakir Abbasov

Abbasov Bakir Sovet oğlu ( 3 mart 1965; Qırılı, Ağstafa rayonu - 21 aprel 1994; Füzuli rayonu, Azərbaycan) - Birinci Qarabağ müharibəsi şəhidi.

Bakir Abbasov
Abbasov Bakir Sovet oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qırılı, Ağstafa rayonu
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Qırılı, Ağstafa
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1993 - 1994
Rütbə Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Abbasov Bakir Sovet oğlu 3 mart 1965-ci ildə Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Sovet Ordusunun tərkibində Kuxet şəhərində həqiqi hərbi xidmət çəkmişdir. 1993-cü ildə yenidən könüllü olaraq ordu sıralarına qoşularaq, ilk öncə Seyfəli paliqonunda təlim keçmiş sonra isə Füzuli rayonuna yollanmışdır. 1994-cü ilin 21 aprelində Füzuli ətrafında gedən döyüşlərdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]