Bakir Haşımov

Bakir Musa oğlu Haşımov — XX əsr Azərbaycan xanəndəsi.

Bakir Haşımov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağdam rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Janrlar muğam, xalq musiqisi
Musiqi aləti qaval

Qarabağ xanəndəlik ənənələrinin davamçısı olan Bakir Haşımov Uşaq vaxtlarından musiqiyə böyük həvəs göstərmiş, ustad xanəndələrdən eşitdiyi muğamları və təsnifləri böyük şövqlə el şənliklərində ifa etmişdi. 1950-ci illərdə Bakıda ADMM-də professional musiqi təhsili almışdır. Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını öyrənmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bakir Haşımov yumşaq tembrli səsə malik idi, onun ifasında lirik xarakterli muğamlar xüsusi bir məlahətlə səslənir və sevilirdi. Həmin illərdə B. Haşımovun ifaçılığı bəstəkarlardan Fikrət ƏmirovunNiyazinin diqqətini cəlb etmiş və onu Azərbaycan Dövlət Opera və Balet Teatrına solist dəvət etmişlər. B. Haşımovun yaradıcılığının əsas hissəsi bu teatrla bağlı olmuşdur. O, səhnədə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun, İbn Səlam, "Əsli və Kərəm" operasında Kərəm surətlərini böyük məharətlə ifa etmiş və xalqın yaddaşına həkk olunmuşdur.[1]

  1. 1 2 "Bakir Musa oğlu Haşımov - Muğam Ensiklopediyası". 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]