"Bakubus" MMC — 03 aprel 2014 tarixində yaranmış Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən, payları dövlətə məxsus Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC). Nazirlər kabinetinin qərarı ilə nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30 milyon manat məbləğində vəsait ayrılıb.[1]
2024-cü il üçün 25 şəhərdaxili, 19 şəhərətrafı marşrut xətti mövcuddur.[2][3] Bu xətlərdə BMC şirkətinin Procity 12 m CNG, Procity 18 m CNG və Neocity 9 m CNG model avtobusları fəaliyyət göstərir. H1 (Hava Limanı Ekspress) və 595 (Bakı-Sumqayıt) nömrəli marşrutlarda Neoplan markalı avtobuslar istifadə olunur.[4]
2018-ci il məlumatına görə, Bakıda yalnız "Bakubus"a məxsus avtobuslar sıxılmış maye qaz yanacağı ilə işləyir.[5]