Bakı Nəqliyyat Agentliyi — publik hüquqi şəxs statusunda Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin edən dövlət şirkəti. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmışdır.[1] Azərbaycan Prezidentinin 7 fevral 2022 tarixli fərmanına əsasən Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir.[2] Azərbaycan Prezidentinin 19 aprel 2023-cü il tarixli fərmanı ilə ləğv olunaraq əmlakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilmişdir.[3]
Bakı Nəqliyyat Agentliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 21 dekabr 2015 |
Ləğv edilib | 19 aprel 2023 |
Tabelik | Bakı Şəhər İcra Hakimiyyəti |
Baş qərargah | |
Ünvan | Ziya Bünyadov prospekti 111 Bakı, Azərbaycan AZ1029 |
Rəhbərlik | |
Rəhbər | İdarə heyətinin sədri: Vüsal Kərimli |
|
|
Rəsmi saytı | bna.az/az |
Vikianbarda əlaqəli mediafayllar |
Bakı şəhərində nəqliyyat sahəsində idarəetməni tənzimləmək üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxs statusu verilmişdir.[4]
Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur.[5]
Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
BNA-nin fəaliyyət sahəsinə aşağıdakılar daxildir:
BNA-nın əsas fəaliyyət istiqaməti paytaxtın marşrut şəbəkəsidir. Bunlar şəhərdaxili və şəhərətrafı marşrutlardır. Mövcud marşrut xətləri 172 ədəddir. Bunlardan 70-i şəhərdaxili, 102-si şəhərətrafı marşrut xətləridir.
Şəbəkədə ümumilikdə 2014 avtobus fəaliyyət göstərir. Bunlardan 1033-ü şəhərdaxili, 1012-si şəhərətrafı xətlərdə xidmət göstərir.
81 marşrut üzrə 1670 avtobus "Bakıkart" sistemi ilə xidmət göstərir.
BNA-nın nəzarətində 101 ədəd taksi dayanacağı vardır. Agentlik tərəfindən 2016–2020-ci illər ərzində 40449 taksi minik avtomobilinə Fərqlənmə nişanı verilmişdir.[7]
BNA-nın yol infrastrukturu geniş şəbəkəyə malikdir. Bu şəbəkəyə aşağıdakılar daxildir:
BNA-nın marşrut şəbəkəsinin əssə sahələrindən biri də ekspres xətlərdir. Belə xətlər içərisində ən fərqlənəni Hava limanı — Mərkəz Ekspres xətt xidmətidir. Bu xətt üzrə avtobuslar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakı şəhərinin mərkəzinə (28 May metrostansiyası) doğru hərəkət edirlər.
Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar Bakı şəhərində metro müvəqqəti olaraq bağlanmışdır. Bu səbəbdən ictimai nəqliyyatın işində də tədbirlər görülmüşdür. Şəhərdə əhali sıxlığını nəzərə alaraq BNA şəhərdaxili xüsusi ekspres xətlər istifadəyə vermişdir. Ekspres xətlər üzrə avtobusların iş qrafiki saat 06:00–21:00 arasıdır.
Ekspes xətlərdə hərəkət edən avtobuslar metro stansiyasiyaları üzrə xidmətlər göstərir. Bu məqsədlə 10 marşrut xətləri təşkil edilmişdir. M1, M2 nömrəli ekspres avtobuslar, müvafiq olaraq metronun yaşıl və qırmızı xətləri boyunca hərəkət edir. M3, M4, M5, M6, M7,M8, M1A, M2A digər daha qısaldılmış metro stansiyaları arası xidmət göstərir.[9]
Bakı Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətlərindən biri də Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin işinin təşkilidir.
İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir.
Getdikcə meqapolisə çevrilən Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Məqsəd, bu sahədə göstərilən xidmətin keyfiyyətini artırmaqdır.[10]