Baku Electronics — Azərbaycanda elektronika, mebel, nəqliyyat satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi.
Baku Electronics | |
---|---|
“Baku Electronics” MMC | |
Ümumi məlumatlar | |
Tipi | MMC |
Sənaye | Elektronika, Mebel, Nəqliyyat, Pərakəndə |
Təsis tarixi | 1994 |
Baş qərargahın yeri | Azərbaycan 30 mağaza |
Struktur | |
İşçi sayı | 1400-dən çox |
Rəhbərlik | |
Təsisçi | NAB Holding |
Baş icraçı direktor | Saeid Nakhjavani |
bakuelectronics.az |
Baku Electronics 1994-cü ildə pərakəndə, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"-in bir parçası olaraq Azərbaycanda yaradılıb.[1] Hazırda Respublika üzrə 30 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir.[2]
"Baku Electronics" Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi kimi markaların rəsmi distribütoru, Apple brendinin isə rəsmi satış təmsilçisidir.[3]
Baku Electronics şirkəti 1994-cü ildə Türkiyədə yerləşən "NAB Holdinq" tərəfindən Azərbaycanda yaradılıb.[4] İlk mağazanın fəaliyyətə başlamasından 1 il sonra 1995-ci ildə "Samsung Electronics"-in Azərbaycanda rəsmi distribütoru oldu.[5] 2001-ci ildən etibarən "Groupe SEB" şirkətlər qrupunun "Tefal", "Moulinex", "Rowenta", "Krups" kimi şirkətlərini rəsmi distribütoru oldu. 2007-ci ildə isə "Lagostina"-nın rəsmi distribütoru oldu.[6]